Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

31 ildir həbsdədir, əfv olunmaq istəyir - FOTO

Tarix 23.05.25, 13:30

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda gələn həftə imzalanması gözlənilən əfv sərəncamı yüzlərlə məhkum və onların ailələrində ümid yaradıb. Artıq Əfv Komissiyası müraciətlərə baxılmasını başa çatdırıb. 

"Qafqazinfo”nun məlumatına görə, əfv üçün müraciət edənlər siyahısında ömürlük məhkumlar da yer alır. 

Onlardan biri də 53 yaşlı Bayramov Rafiq Səməd oğludur. R.Bayramov 31 ildir ki, həyata Qobustan həbsxanasının barmaqlıqları arasından baxır.

Rafiq Gəncədə baş verən şəxsi mübahisə nəticəsində həmyaşıdını qətlə yetirdiyi üçün tutulub. Cinayətdən sonra bir müddət ölkədən qaçsa da, xaricdə tutularaq Azərbaycana ekstradisiya olunub. Məhkəmənin hökmü ilə ona 22 yaşında ömürlük həbs cəzası verilib. Bu hökmün oxunmasından düz 31 il keçir.

Vəkili Rəsul Cəfərov deyir ki, müvəkkili uzun illər ərzində davranışlarına və həyat tərzinə görə islah olunmuş sayılır və artıq cəmiyyət üçün təhlükəli hesab edilmir: "30 ildən çox həbs həyatı onun islah olunması üçün kifayət qədər əsas verir. Buna baxmayaraq, məhkəmələr cəzanın çəkilmiş hissəsini nəzərə alaraq şərti azadlığa buraxılma barədə müraciətlərimizi rədd etdi. Halbuki qanun buna imkan verir. Müvəkkilim Birinci Qarabağ Müharibəsi iştirakçısı olub. Döyüşlərdə fəal iştirak edib, Ağdamın işğalı vaxtı ayağından yaralanıb. Ən əsası isə Rafiq Bayramov bir sıra xroniki xəstəliklərdən əziyyət çəkir”.

Rafiqə ailə həyatı qurmaq nəsib olmasa da, evdə onun yolunu gözləyən 78 yaşlı anası var. Məsmə Bayramovanın yeganə arzusu da elə onunla yenidən birlikdə olmaqdır. Ana illərdir bu cümləni gözlədiyini deyir: "Rafiq əfv olundu”.

Rafiq Bayramovun 10 il əvvəlki və indiki fotolarını təqdim edirik: 





Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap