Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Müğənni Nigar qazini məhkəməyə verdi - Xüsusi ittiham qaydasında

Tarix 21.05.25, 13:45

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Nigar Rəhimova qazi Bəxtiyar Məmmədlidən şikayətçi olub.

Musavat.com xəbər verir ki, buna səbəb Bəxtiyar Məmmədlinin sosial şəbəkədə müğənninin “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsi ilə bağlı paylaşımı olub.

Nigar Rəhimova özünün instaqram səhifəsində “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsi ilə bağlı paylaşım edib. Vəsiqənin şəklini də izləyicilərinə nümayiş etdirib.

Bundan sonra Bəxtiyar Məmmədli müğənninin medal alması ilə bağlı sosial şəbəkədə (TikTok) paylaşım edib və bu məlumat geniş şəkildə yayılıb. İctimai maraq doğuran bu məsələ geniş müzakirələrə səbəb olub və əksər sosial şəbəkə istifadəçiləri müğənninin hansı xidmətinə görə bu medalla təltif edilməsini sorğulamağa başlayıb. Tənqidi fikirlər səsləndirənlərlə yanaşı müğənninin ünvanına təhqiredici ifadələr işlədən xeyli sayda sosial şəbəkə istifadəçiləri də olub. Onlar müharibə işçtirakçılarının bir çoxuna medal verilmədiyi halda müğənniyə medal verilməsini etirazla qarşılayıblar.

Bu şərhlərdən və tənqidlərdən narazı qalan müğənni Bəxtiyar Məmmədlini məhkəməyə verib. Qazidən şikayətçi olmasının səbəbi isə bu xəbərin onun paylaşımından sonra geniş rezonans doğurması olub.

Müğənni qazinin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyir. N.Rəhimova həmin paylaşımdan sonra ünvanına təhqirlər səsləndirildiyini, şərəf və ləyaqətinin alçaldıldığını bildirir.

Bildirək ki, müğənninin medal almasının səbəbi onun 44 günlük müharibə zamanı Müdafiə Nazirliyinin H.Aslanov adına Ordu İdeoloji Mərkəzinin mahnı və rəqs ansamblında çalışması olub. Məlumata görə o, ansambl üzvü olaraq hərbçilərin mənəvi-psixoloji vəziyyətinə dəstək olmaq üçün çıxışlar edib, onların mənəvi-psixoloji təminatına dəstək olub.



Xəbərin oxunma sayı : 190




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap