Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi

Tarix 23.05.25, 19:27

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 7 iyun tarixi "Ümumdünya Qida Təhlükəsizliyi Günü” kimi təsis edilib. 

AzFakt.com xəbər verir k, bu təşəbbüs qida təhlükəsizliyinin yalnız lokal deyil, həm də qlobal miqyasda prioritet məsələ olduğunu nümayiş etdirir və elmi-praktik yanaşmaların əhəmiyyətini bir daha ön plana çıxarır.

"Veysəloğlu Şirkətlər Qrupu olaraq biz də bu qlobal çağırışa dəstək vermək və qida təhlükəsizliyi sahəsində ictimai maarifləndirməni gücləndirmək məqsədilə 2025-ci ilin iyun ayını şirkət daxilində "Qida Təhlükəsizliyi Ayı” kimi elan edirik. Bu təşəbbüs çərçivəsində bir sıra maarifləndirici və tərəfdaşlıq yönümlü tədbirlərin həyata keçirilməsi planlaşdırılır:

Qida təhlükəsizliyi üzrə ixtisaslaşan ali təhsil müəssisələrinin tələbələri üçün infoturlarının təşkili. Bu infoturlar Veysəloğlu Şirkətlər Qrupuna daxil olan əsas infrastruktur obyektlərinə – Ulduz Şokolad Fabrikinə, Məhəmmədi qəsəbəsində yerləşən Logistika Mərkəzinə və mikrobioloji laboratoriyaya yönəldiləcək. Eyni zamanda, ali təhsil müəssisələrinin laboratoriyalarına da ziyarətlər təşkil olunacaq. Məqsəd istehsal, saxlama və nəzarət proseslərini, həmçinin elmi-tədqiqat mühitini yerində tanıtmaqdır;

Keyfiyyət Assosiasiyası ilə birgə təlim və seminarların keçirilməsi;
Kütləvi informasiya vasitələrində maarifləndirici materialların yayımı;
Sahə üzrə ekspertlərin iştirakı ilə elmi-praktik konfransların təşkili.

Qida təhlükəsizliyi insanların sağlam həyat tərzinin qorunması, ictimai rifahın gücləndirilməsi və davamlı sosial-iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyan sahələrdəndir. Veysəloğlu Şirkətlər Qrupu olaraq daim bu məsuliyyətin fərqindəyik və bu yöndə maarifləndirmənin artırılması, eləcə də dövlət, özəl və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafına töhfə verməkdə maraqlıyıq", deyə şirkətdə bildirilib.



Xəbərin oxunma sayı : 118




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap