Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Bakının bu ərazisində yeni bulvar salınır - FOTO

Tarix 22.05.25, 15:18

Font ölçüsü : - / +
bitmap-img6


Bülbülə gölünün ətrafında yeni istirahət məkanının yaradılması istiqamətində həyata keçirilən layihə çərçivəsində abadlıq işləri davam etdirilir.

Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Əliyeva İqtisadiyyat.az-a açıqlamasında bu istiqamətdə davam etdirilən işlərdən danışıb.

O, köklü abadlıq üçün ilk növbədə Bülbülə gölünə illər boyu axıdılan kanalizasiya sularından təmizlənməsi layihəsinin təqdim edildiyini xatırladıb. Bildirib ki, bununla bağlı Almaniyadan müasir su təmizləyici qurğular gətirilib, mütəxəssislər dəvət edilib və çirkab sularının Hövsan kollektoruna yönəldilməsi ilə problem qismən aradan qaldırılıb.

Şöbə müdirinin sözlərinə görə, bir vaxtlar kütləvi zibilliyə və qamışlığa çevrilmiş gölətrafı ərazi təmizlənib: "Evlərin dam örtüyü dəyişilir, kəndin içindəki yollar qaydaya salınır, yeni standartlara cavab verən işıqlandırma, bərpa-təmir və rəngləmə işləri tamamlanmaq üzrədir”.

Gölü bütünlüklə əhatə edəcək bulvara gəlincə, L.Əliyeva bildirib ki, belə böyük layihələr bir çox dövlət qurumlarının sifarişi əsasında və onlarla birbaşa əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun real dərinliyi 2.50-2.80 metrdir. Gölün ətrafında yaşayış evləri var. Bəzi evlərlə göl arasındakı məsafə 10 metrdən də yaxındır. Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 min kubmetr çirkab sularının axıdılması nəticəsində göldə və gölətrafı ərazidə xoşagəlməz vəziyyət yaranmışdı.Nəzərdə tutulub ki, yeni bulvarda restoranlar, kafelər fəaliyyət göstərsin, dairəvi velosiped yolu da çəkilsin. Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri olacaq. Yaz-yay aylarında göldə katamaran da işləyəcək. Layihəyə görə Bülbülə gölünün üzərindən körpü də salınacaq. Qısa zamanda Bülbülə bulvarı insanların əsl istirahət yerinə çevriləcək.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap