“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Zelenski Trampdan Starlink-in Rusiya ərazisində istifadəsinə icazə istəyib - The Atlantic

Tarix 01.08.26, 10:20

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti bu imkanın ballistik raket buraxılış qurğularına zərbələr endirmək üçün zəruri olduğunu bildirib.

AzFakt.com xəbər verir ki, The Atlantic nəşrinin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 28-də Ağ evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş zamanı Starlink peyk rabitə sisteminin Rusiya ərazisində istifadəsinə icazə verilməsini xahiş edib.
Nəşrin yazdığına görə, Zelenski bildirib ki, belə bir imkan Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın ballistik raket buraxılış qurğularını daha effektiv şəkildə hədəfə almağa kömək edəcək.

Məlumata əsasən, Ukrayna Prezidenti hesab etdiyini bildirib ki, Donald Tramp SpaceX şirkətinin sahibi İlon Maskla bu məsələni qısa müddətdə həll edə bilər.

Hazırda Starlink sistemi Ukrayna Silahlı Qüvvələri tərəfindən yalnız Ukrayna ərazisində, o cümlədən Krımda və Rusiyanın nəzarətində olan digər işğal edilmiş bölgələrdə istifadə olunur.

The Atlantic-in məlumatına görə, Donald Tramp Zelenskinin müraciətini nəzərdən keçirəcəyinə söz verib. Nəşr həmçinin qeyd edir ki, İlon Mask daha əvvəl Zelenski ilə görüşməkdən imtina edib.

Hələlik nə Ağ ev, nə SpaceX, nə də İlon Mask The Atlantic-in yaydığı məlumatla bağlı rəsmi açıqlama verməyib.



Xəbərin oxunma sayı : 130




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap