“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Rusiya raketi Polşaya düşüb - Ukrayna XİN məlumat yaydı

Tarix 30.07.26, 12:56

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gecə Ukraynaya kütləvi hava hücumu zamanı Rusiyanın X-101 qanadlı raketi Polşa ərazisinə daxil olaraq NATO-nun hava məkanını pozub. 

Bu barədə Ukrayna XİN başçısı Andrey Sibiqa X sosial media platformasında paylaşım edib.

Sibiqa qeyd edib ki, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi qərarı dərhal verilməlidir. "Rusiyanın Polşaya raket hücumu həm də hər iki ölkəmiz üçün birbaşa təhlükə yaradan ortaq, əbədi düşmənimizlə qarşılaşmaqdan daha təcili bir şey olmadığını xatırladır. Bütün digər fikir ayrılıqları bu qəddar müharibənin davam etdiyi dövrdə kənara qoyulmalıdır", - deyə Sibiqa bildirib.

Polşa mediası Polşa hökumətindəki mənbəyə istinadla xəbər verir ki, ötən gecə Lyublin voyevodalığına Rusiya raketi düşüb. Polşa xəbər agentliyi PAP-ın məlumatına görə, raketin düşdüyü yer mühasirəyə alınıb, Polşa hərbi qurumları dağıntıların mənşəyini araşdırır. Polisin antiterror bölməsinin əməkdaşları da əraziyə göndərilib. Hadisə ilə bağlı hərbi polis, Daxili Təhlükəsizlik Agentliyi, Hərbi Əks-kəşfiyyat Xidməti və Lyublin Prokurorluğuna məlumat verilib. Polis sözçüsü Andjey Fiolekin sözlərinə görə, hadisə zamanı heç kim xəsarət almayıb və yerli sakinlərin həyatı və ya əmlakı üçün heç bir təhlükə yoxdur. Yaxınlıqdakı kəndlərin sakinləri partlayışın güclü olduğunu və evlərinin pəncərələrini silkələdiyini bildiriblər.



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap