“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Sabunçu xəstəxanasında rəzalət: Dedilər ki, gipsi və binti özün al

Tarix 31.07.26, 21:45

Font ölçüsü : - / +
bitmap-img6


Ayağı zədələndiyi üçün Sabunçu Tibb Mərkəzinə gələn vətəndaş iddia edir ki, orada ondan gipsin bir hissəsini və binti öz hesabına alması tələb olunub

AzFakt.com xəbər verir ki, bu barədə oxu.az-a müraciət edən ikayətçi pasiyent Fərid Fuad oğlu Bayramov məlumat verib.
O qeyd edib ki, 13:30-də xəstəxanaya gəlib və tibb işçiləri ona ayağına gips qoyulması üçün lazım olan ləvazimatların bir hissəsini öz vəsaiti hesabına almalı olduğunu deyiblər: "Dedilər ki, gipsin bir hissəsi bizdə var, qalanını özünüz alın. Binti də özünüz almalısınız. Onları almadan ayağınızı gipsə qoymayacağıq".

F.Bayramovun sözlərinə görə, bununla razılaşmayaraq aidiyyəti qurumlara şikayət edib. O bildirib ki, bundan sonra xəstəxanada münasibət dəyişib və tələb olunan ləvazimatlar tapılıb. Pasiyentin iddiasına görə, sonradan tibb işçiləri ona istifadə olunan gips və binti öz vəsaitləri hesabına aldıqlarını deyiblər.

Hazırda F.Bayramovun ayağı gipsə salınıb. Şikayətçi həmçinin onu da qeyd edib ki, ondan sonra gələn pasiyentlərdən də öz vəsaitləri hesabına bint almaları tələb olunur.  




Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap