“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Rusiya Kiyevdə ABŞ zavodunu vurub - Ayda 1000-ə yaxın PUA istehsal edirdi

Tarix 31.07.26, 16:46

Font ölçüsü : - / +
bitmap-img6


Kiyevə edilən son hava hücumlarından birində Rusiya qüvvələri ballistik raketlə Amerika zavodunu məhv edib.

Bu barədə “The Guardian” nəşri məsələ ilə tanış olan mənbələrə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, hücum nəticəsində ölənlər olmayıb. Məlumatda deyilir ki, bu obyekt “AQ-400 Scytche” və “AQ-100 Bayonet” hücum dronları istehsal edən “Terminal Autonomy” şirkətinə məxsus olub. Bu dronlar operatorla əlaqəni itirdikdən sonra belə hücum etməyə imkan verən sistemlə təchiz olunub.

Rəsmi məlumata görə, “Terminal Autonomy” ABŞ-də 2023-cü ildə qeydiyyatdan keçib. Onun veb saytında bildirilir ki, şirkət süni intellektlə dəqiq idarə olunan sursatlardan istifadə edir. Əlavə olunur ki, bu sursatlar "artıq cəbhə xəttindəki düşmən qüvvələrinə qarşı fəal şəkildə istifadə olunur".

“The Guardian” qəzetinin qeyd edib ki, bu, tammiqyaslı müharibənin başlanğıcından bəri Rusiya qüvvələrinin Ukraynadakı Amerika hərbi şirkətinin obyektinə zərbə endirdiyinə dair ilk haldır.

"Ruslar obyektin kimə məxsus olduğuna əhəmiyyət vermirlər. Hədəf hədəfdir", - deyə keçmiş yüksək vəzifəli ABŞ kəşfiyyat rəsmisi Entoni Vinçi bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 26 iyul gecəsi Kiyevdə dron istehsalı müəssisəsinə zərbə endirildiyini bildirib. Hərbi idarənin məlumatına görə, zərbə Kiyevin cənub-qərbindəki dron yığımı və saxlama müəssisəsinə endirilib. Burada Ukrayna-Amerika şirkətinin mütəxəssislərinin iştirakı ilə ayda 1000-ə qədər PUA istehsal olunduğu qeyd edilib.

Vinçinin sözlərinə görə, ABŞ Ukraynada “Patriot” hava hücumundan müdafiə raketlərinin istehsalına icazə verərsə, Rusiya ordusu gələcəkdə həmin obyektə də zərbə endirə bilər.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski 28 iyulda Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampla bu məsələni müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, Tramp Ukraynaya “Patriot” raketlərilə bağlı lisenziyalar verməyə razılaşıb. Lakin Ağ Ev rəhbəri daha sonra bu məsələ ilə bağlı hələ qərar vermədiyini bildirib. Tramp deyib ki, "Biz Ukraynanın Rusiya ilə müharibəsinin bitməsini istəyirik, mənim məqsədim raketlər deyil, bizim məqsədimiz sülhdür".



Xəbərin oxunma sayı : 172




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap