“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Xətaidə su xəttinin üzərində tikilmiş evin döşəməsi çöküb - VİDEO

Tarix 15.01.26, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Bir il əvvəl bünövrəsinə su sızan evin döşəməsi dünən çöküb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Xətai  rayonu, Rəşid Bağırov küçəsi, 30 ünvanından gedir.

Ötən dövr ərzində ərazidə dəfələrlə ard-arda su sızması və su borusunun partlaması nəticəsində evlərin qəzalı vəziyyətə düşdüyünü iddia edən Bəkir Məmmədov deyir ki, dəfələrlə aidiyyəti qurumlara baş verən hadisə ilə bağlı məlumat veriblər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində şəhərin əsas daşıyıcı kollektorlarından olan 1200 mm-lik kollektorda qəza baş verib. Qəza fərdi yaşayış evinin altındadır. Ona görə də qəzanın aradan qaldırılması üçün mütləq şəkildə fərdi yaşayış evi sökülməlidir. Sakinlərə evdə yaşamağın təhlükəli olduğu izah edilib və onların evdən çıxarılması təmin olunub. Rayon icra başçısının müavininə, FHN-ə məlumat verilib. Müvafiq qurumların nümayəndələri ilə baxış keçirilib və vətəndaşın evinin hansı qaydada sökülməsi üçün qərar qəbul olunacaq.

Xətai rayon İH-dən isə bildirildi ki, vəziyyət aidiyyəti qurumların qərarı birlikdə təhlil olunacaq. Bundan sonra Xətai İH öz üzərinə düşən öhdəliyi yerinə yetirəcək.





Xəbərin oxunma sayı : 112




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap