“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycanda daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI

Tarix 03.03.26, 21:40

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, bir sıra verilişlərin bağlanması və bəzi müğənnilərə qadağa qoyulmasından sonra Azərbaycanda televiziya efir məkanında ciddi dəyişikliklər baş verib. Efirə daha çox sənəti, səsi və efir etikası ilə seçilən şəxslər dəvət olunur. Bu da Azərbaycan teleməkanına əlavə gözəllik qatmaqla yanaşı, tamaşaçıların zövqünü oxşayır. Verilişlərdə baş verən dəyişikliklər cəmiyyət tərəfindən təqdir olunur.

AzFakt.com Manset.aza istinadən xəbər verir ki, baş verən hadisələr fonunda daha bir qrup müğənni və sənət adamına ciddi musiqini təbliğ etmədikləri, efir məsuliyyətinə diqqətsiz yanaşdıqları üçün efir qadağası qoyulub:

Vəfa Şərifova

Təranə Qumral

Musa Musayev

Pərvin Abıyeva

Əli Mirəliyev

Aytac Vidadi qızı

Meyxanaçı Samirə

Fərəh Samirəqızı

Ayan Babakişiyeva

Müjgan Ayxan

Aşıq Mübariz

Türkan Vəlizadə

Aytac Tovuzlu

Yaşar Qafanlı

Afaq Aslan

Sevil İsgəndərli

Elşən Xəzər

Elit star Cəmilə

Rəqqasə Aygün

Luna

Arzu Abdulova

İsrail Məmmədov

Günel Ələkbərova (“Pişik Günel”)

Səma Abdullayeva

Səbinə Abdullayeva

Firuzə Babayeva

Arzuxanım Həsənova

Aygül Səfərova

Niqa Yılmaz

Meydan Əsgərov

Manset.az xəbər portalının “Audiovizual Şurada televiziyaların məsul şəxsləri ilə keçirilən görüşdə hansı tapşırıqlar verilib?” sorğusuna Şura belə cavab verib: “Ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının (redaksiyalarının) məsul şəxsləri ilə görüşdə Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılmışdır”.



Xəbərin oxunma sayı : 175




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap