Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

SOCAR-da nə baş verir? - Rentabellilik gətirən işçiləri ixtisar edir, baş ofis işçilərini artırırlar...

Tarix 03.03.26, 13:17

Font ölçüsü : - / +
bitmap-img6


Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı SOCAR-da aparılan kütləvi ixtisarların niyə məhz adi işçilərə şamil edildiyinə etiraz edib...

Poliqon xəbər verir ki, hüquq müdafiəçisi SOCAR-da hər il sayı artan baş ofis işçilərinin, vəzifəlilərin niyə ixtisar edilmədiyini sual edir.

Açıklama yok.

“SOCAR-da aparılan struktur dəyişikliyi, “optimallaşma” kütləvi ixtisarlar niyə baş ofisə aid deyil ki?!

01.01.2021-ci il tarixə əsasən Baş ofis üzrə işçilərin sayı 629 nəfər olub.
01.01.2022-ci il tarixə əsasən Baş ofis üzrə işçilərin sayı 645 nəfər olub.
01.02.2024-cü ildə isə Baş ofis işçilərinin sayı daha da artıb və sayı 925 nəfər olub.

Yəqin ki, il ərzində əlavə qəbullar da olub. Bunlardan 65 nəfəri şirkət prezidentinin və vitse prezidentlərin müşavir, müavin və köməkçiləridir”, deyə hüquq müdafiəçisi bildirib.

Maraqlıdır, görəsən SOCAR Rövşən Nəcəfin rəhbərliyi altında üç il müddətində baş ofis çalışanlarının sayını 50% artırmaqla hansısa üstünlük, ya da rentabellik əldə edə bilibmi? Yoxsa baş ofis sadəcə qohumbazlıq və tayfabazlıq hesabına şişirdilir? O zaman yerlərdə çalışan və şirkətə real rentabellik gətirən işçilər niyə ixtisar edilir? Müşahidə Şurası bütün bunları görmürmü? Yoxsa Mikayıl Cabbarovun sədrliyi altında olan müşahidə Şurası da bu qohumbazlıq və tayfabazlıq siyasətinin iştirakçısıdır?..



Xəbərin oxunma sayı : 814




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap