Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Məzuniyyətə gedən komandir cinayət törətdi - 7 il 10 ay 15 gün cəza aldı

Tarix 02.03.26, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Qubada 26 yaşlı zabit məzuniyyət vaxtı əmisini öldürməyə cəhd edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin hadisə ilə bağlı məhkəmə araşdırması başa çatıb.

İş materiallarında yazılıb ki, N saylı hərbi hissədə bölük komandiri kimi xidmət edən 26 yaşlı Z.Seyidməmmədov məzuniyyətdə olduğu müddətdə cinayət törədib. Baş leytenant Qımıl-Qışlaq kəndindəki evlərində olduğu vaxt əmisi L.Seyidməmmədovla dəfələrlə mübahisə edib. Mübahisələrin səbəbi isə əmisinin hərəkətləri olub. İttihamda qeyd olunur ki, zərərçəkmiş şəxs tüfeyli həyat tərzi keçirib, evə sərxoş vəziyyətdə gələrək həyat yoldaşına və anasına qarşı kobud davranıb. Baş verənlərlə bağlı xəbərlər kənddə də yayıldığı üçün ailənin nüfuzuna xələl gətirib.


Onlar arasında sonuncu mübahisə də əmisi sərxoş vəziyyətdə olarkən baş verib. Həmin dava zamanı hisslərini cilovlaya bilməyən hərbçi əmisini öldürmək fikrini qətiləşdirərək onu bir neçə dəfə bıçaqlayıb. Ailə üzvlərinin müdaxiləsi nəticəsində daha ağır cinayətin qarşısı alınıb. L.Seyidməmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Komandir məhkəmədə özünü təqsirli bilib. O, əmisinin əməllərindən bezdiyi üçün ondan soyuduğunu, ailəsinə qarşı kobud davranışı, spirtli içkiyə aludəçilik və başqa vərdişlərinə  görə onu vurduğunu deyib. Zərərçəkmiş əmi isə onu öldürmək istəyən qardaşı oğlundan şikayətçi olmayıb. O, hazırda Z.Seyidməmmədovla barışdığını deyərək hakimdən həbs edilməməsini xahiş edib.  

Bakı Hərbi Məhkəməsində Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası verilmiş ittihamların kifayət qədər dəlil və sübutlar, şahid ifadələri ilə təsdiq edildiyini bəyan ediblər.

Hökmə əsasən, Z.Seyidməmmədov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 1276




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap