“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Abşeron Məmmədli kəndində qanunsuz tikintilər - Ceyhun Mirzəyevdən şikayət ediləcək

Tarix 03.03.26, 10:37

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayon Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda makler Ceyhun Mirzəyev adlı şəxsin qanunsuz olaraq həyət evləri tikb satması barədə oxucuara məlumat vermişdik. 

AzFakt.com-un əldə etdiyi məlumata görə makler Ceyhun Mirzəyev qanunsuz tikinti apardığı kənd təsərrüfatı təyinatı torpaqlar yüksək vəzifəli məmurlardan birinə məxsudur. Bu barədə Ceyhun Mirzəyev ev satdığı şəxlərə bildirib ki, “ərazi yüksək vəzifəli şəxsə aiddir və heç bir qurum onun işinə müdaxilə edə bilməz”. 

Qeyd edək ki, makler Ceyhun Mirzəyev qanunsuz tikib satdığı evləri alan şəxslərə torpağın sənədini təqdim edir. Həmin sənəd Dövlət Əmlak Xidməti tərəfindən kənd təsərrüfatı təyinatlı torpağın çıxarışdır. 

Bildirək ki, qanunverciliyə görə kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində tikinti işinin aparılması, fərdi yaşayış evinin tikilməsi qadağandır.

Ancaq buna baxmayaraq Ceyhun Mirizəyev və digər maklerlər Abşeron rayon İcra Hakimiyyəti ilə “anlaşaraq” qanunsuz tikintilərini davam etdirirlər.

AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, yaxın günlərdə kənd təsərrüfatı təyinatlı torpaqlarda qanunsuz evlər tikib satan makler Ceyhun Mirzəyevlə bağlı hüquq mühafizə orqanlarına şikayət olunacaq. 

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 190




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap