“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Yasamalda səkini zəbt edib 5 mərtəbəli obyekt tikiblər - FOTO

Tarix 02.03.26, 13:08

Font ölçüsü : - / +
bitmap-img6


Yasamal rayonunda daha bir səkini zəbt edərək yerində böyük obyekt tikintisi aparılır...

AzFakt.com bizimesr.az portalına istinadən xəbər verir ki, bu barədə məlumat verən Yasamal rayonu, Moskva 1 prospekti sakinləri bildirib ki, böyük səki tamamilə zəbt edilib. sakinlərin sözlərinə görə, ərazi uzun müddətdir çəpərlənib və tikintinin böyük bir hissəsi artıq həyata keçirilib. 

Məlumata görə, səkidə hündürlüyü 25 metrdən yüksək olan 5 mərtəbəli obyekt tikilir. Sifarişçinin fiziki şəxs Minayə Acalova olduğu qeyd edilib. Podratçı şirkət isə “Rahatlığın Məkanı” MMC-dir. Bu tikinti Yasamal rayonunda sözügedən MMC-nin ilk həyata keçirdiyi iş deyil. İllərdir Yasamal İcra Hakimiyyəti bu MMC-nin Yasamalda gördüyü hər boş ərazidə tikinti aparmasına göz yumur.

Mətbuatda gedən məlumat və şikayətlərdən də aydın olur ki, Yasamal sakinləri bu şirkətlə bağlı Yasamal İH-ə dəfələrlə müraciətlər ediblər. Lakin müraciət və şikayətlərin heç biri nə araşdırılıb, nə də barəsində tədbir görülüb.

Sakinlər bildirib ki, Yasamal İH bu MMC-yə xüsusi şərait yaratdığı üçün şirkət boş yerləri, hətta piyada səkilərini də rahatlıqla zəbt edib bina, obyekt inşa edə bilir.

“Yasamalın hər yerində bu şirkətin apardığı işlər var. boş yer görən kimi bu MMC nəsə tikir. Binaların altını da zəbt edib, səkilərdə də tikinti aparıb. İndi bizim yolumuzu kəsib. Böyük bir səkini hasarlayıb obyekt tikirlər. Sabah da qarşısında avtomobillər dayanacaq. Görüm onda piyadalar necə keçəcək burdan? Bunu fikirləşən yoxdu”, deyə sakinlər bildiriblər.

Sakinlər qeyd edib ki, ərazi uzun müddətdir hasarlanıb. İş isə yeni il tətili ərəfəsində, yəni bayram günlərində daha sürətli formada aparılıb: “İndi iş getmir. Bayram tətilində işləri daha da sürətləndirib bitirəcəklər”.

Qeyd edək ki, “Rahatlığın Məkanı” MMC-nin direktoru Acalov İsmayıl Nəbi oğludur. Moskva 1 prospektində inşa edilən obyektin sifarişçisi Minayə Acalova da MMC rəhbərinin qohumudur.

Qarşı tərəfi dinləməyə hazırıq.






Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap