Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Qızını diş həkiminə apardı, məhkəməlik oldu - VİDEO

Tarix 28.02.26, 9:31

Font ölçüsü : - / +
bitmap-img6


Baku TV-nin qaynar xəttinə müraciət edən Gülnar Abdullayeva bildirib ki, 2025-ci il iyulun 12-də "Adda Dental" klinikasında övladına üst çənə darlığı diaqnozu ilə ortodontik plastinka yerləşdirilib. Lakin bir müddət sonra uşağın sağlamlığında ciddi problemlər yaranıb.

Valideyn bildirib ki, qızının dörd il ərzində müalicəsini aparan həkim Nərmin Süleymanovanın təyinatı əsasında plastinkanın qoyulması üçün sözügedən klinikaya müraciət ediblər və prosedur həyata keçirilib. Təxminən iki həftə sonra plastinkada sementin qopması ilə bağlı yenidən həkimə müraciət olunub:

"Nərmin xanım ölkə xaricində olduğunu deyərək klinikaya yaxınlaşmağımızı və orada bizi başqa bir həkimin qəbul edəcəyini dedi. Orada bizi Səadət Əliyeva adlı həkim qarşıladı. Sonradan onun ortodont olmadığını öyrəndik. Qızımın dişində problem yarandı. Rəydə qeyd olunub ki, problem pasiyentin ehtiyatsızlığı səbəbindən qidalanma zamanı baş verib. Bu dişlər hansı qida vasitəsilə yuxarı qalxa bilər?!"

Şikayətçinin sözlərinə görə, fevralın 18-də Binəqədi Rayon Məhkəməsi ilkin tibbi ekspertiza rəyini və prokurorluğun qərarını ləğv edib, iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə qərar qəbul edib.

Valideyn bildirib ki, əsas istəkləri növbəti rəyin ədalətli və qərəzsiz şəkildə verilməsi, həkimin mümkün səhlənkarlığının ört-basdır edilməməsidir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən qeyd olunub ki, səlahiyyətləri çərçivəsində klinikanın lisenziyası, həkimin sertifikatı və tibbi fəaliyyət üçün zəruri digər sənədlərin mövcudluğu araşdırılacaq və nəticə barədə şikayətçiyə məlumat veriləcək.

Əlavə olunub ki, vətəndaşın rəsmi müraciəti fevralın 25-də Analitik Ekspertiza Mərkəzinə daxil olub və hazırda icradadır. Hazırda iş üzrə məhkəmə araşdırması aparıldığı və məhkəmə qərarı ilə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edildiyi nəzərə alınaraq tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi, ekspertiza rəyinin əsaslılığı və konkret tibb işçilərinin peşə fəaliyyətinə hüquqi qiymətlə bağlı əlavə şərh verilməsi məqsədəuyğun hesab edilmir.



Xəbərin oxunma sayı : 1273




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap