Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi

Tarix 03.03.26, 16:32

Font ölçüsü : - / +
bitmap-img6


Aktrisa Nərmin Əhmədova ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı arasındakı mülki məhkəmə çəkişməsi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi ötən gün yekun qərarını açıqlayıb.

Bu iş üzrə iddiaçı Nərmin Əhmədovadır. Aktrisa ötən ilin mayında teatrın direktoru Rəşad Əhmədzadə tərəfindən ona verilən şiddətli töhmət əmrinin ləğv edilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət edib. Bundan əlavə, mənəvi ziyana görə 10 min manat təzminat tələb edib. 

Cavabdeh tərəf məhkəmədə iştirak etməsə də, şikayətin təmin edilməməsini istəyib. Məhkəməyə təqdim edilmiş şiddətli töhmət verilməsi ilə bağlı əmrdə qeyd olunur ki, Nərmin Əhmədova dəfələrlə teatr rəhbəri və digər əməkdaşlarla iğtişaş salaraq hədələyici şəkildə danışıb, mübahisə zamanı qeyri-etik sözlər işlədib. Bundan əlavə, işlədiyi dövrdə edilən təkrar xəbərdarlıqlara da məhəl qoymayaraq bildiyini edib. Sonuncu dəfə isə aktrisa teatrın foyesinə vurulan şəklinin götürülməsi ilə bağlı rəhbərliklə mübahisə edib. Bütün bu səbəblərdən də ona şiddətli töhmət elan edilib.

N.Əhmədova isə məhkəmədə əmrdə yazılanlarla razılaşmayıb, haqsız olaraq şiddətli töhmət aldığını deyib. O, direktor Rəşad Əhmədzadənin onunla kobud danışdığını, əvvəllər heç bir intizam məsuliyyətinə cəlb edilmədiyini deyib.

Səbail Rayon Məhkəməsi işlə tanış olduqdan sonra aktrisanın şiddətli töhmət almasından narazılığını əsaslı hesab edib. Hakim iddia tələbini qismən təmin edib. Nərmin Əhmədovaya verilmiş şiddətli töhmət əmri ləğv olunub. Mənəvi ziyanının əvəzi olaraq 10 min manat tələbi isə rədd edilib.

Səbail Rayon Məhkəməsinin həmin qərarı apellyasiya instansiyası tərəfindən də dünən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Rəşad Əhmədzadənin həyat yoldaşı olmuş teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva bir müddət əvvəl ona qarşı təzyiqlər olduğunu bildirərək boşanma qərarı verdiyini açıqlamışdı. Onun iddiasına görə, teatrda ailəsinə qarşı təzyiqlər edən şəxslər olub. 



Xəbərin oxunma sayı : 1351




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap