Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Beyləqanda Bədən Tərbiyəsi və İdman Günü qeyd edildi - FOTOLAR

Tarix 03.03.26, 13:50

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Beyləqan Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Olimpiya İdman Kompleksində tədbir keçirilib.

AzFakt.com xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Beyləqan rayon təşkilatının rəhbərliyi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, icra aparatının əməkdaşları, dövlət orqanlarının yerli idarə və xidmət sahələrinin rəhbərləri, idmançılar və rayon ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə Xalqımızın Ulu Öndəri Heydər Əliyevin abidəsi ziyarət olunaraq, dahi liderə ehtiram nümayiş olunub. Daha sonra Beyləqan Rayon Olimpiya İdman Kompleksində davam edən tədbirdə qonaqlar və iştirakçılar yeniyetmə və gənc idmançıların nümunəvi çıxışlarını izləyiblər. Onların yüksək texniki hazırlığı, intizamlı çıxışları və yarışlara hazırlıqlı olmaları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Beyləqan RİH başçısı Əziz Əzizov idmançıları və idmansevərləri 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanın idman sahəsində qazandığı uğurlar ölkəmizin beynəlxalq arenada nüfuzunun göstəricisidir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən idmana göstərilən dövlət dəstəyi sayəsində Azərbaycan peşəkar idman və Olimpiya hərəkatında qabaqcıl mövqeyini qoruyur və bu sahədə əldə olunan nəticələr bütün idmançıların zəhməti və səyinin bariz nümunəsidir. Daha sonra rayonun ictimai-siyasi, eləcə də idman həyatında fəal xidmətlərinə görə bir qrup şəxs Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.

Tədbirdə çıxış edən Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov dövlətin idmana olan qayğısı, bədən tərbiyəsinin inkişafı və gənclərin idmana cəlb olunması istiqamətində görülən tədbirlərdən danışıb, idmançıları gələcək yarışlarda uğurlar arzulayıb.

Cüdo üzrə məşqçi İlham Quliyev də çıxış edərək, ölkəmizdə idmanın inkişafı, gənc nəsillərin bu sahəyə marağı və yeniyetmə-gənc idmançıların uğurları barədə məlumat verib, göstərilən diqqət və qayğıya, eləcə də yüksəksəviyyəli keçirilən tədbirə görə idman cəmiyyəti adından təşəkkürünü bildirib.






Xəbərin oxunma sayı : 1057




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap