| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Uşaqların həyatı təhlükədə - Bu oyunlar ölümə aparır
Tarix 09.02.25, 9:37 |
|
Yardımlının Zevin kəndində 15 yaşlı Ələkbər Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan bir ədəd "TOZ” markalı ov tüfəngini götürüblər. Məlumata görə, yeniyetmənin son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib. O, intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib.
Bildirək ki, Ə.Şükürlü evin sonbeşiyi və beş bacının tək qardaşı olub. Faktla bağlı Yardımlı rayon Prokurorluğunda araşdırma aparılır. Bu hadisənin ardınca daha bir məlumat yayıldı ki, Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verilib. Bu iddia ilə Nurlan Mirəli adlı vətəndaş feysbuk hesabında paylaşım edib. "Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca ”mənə yaz" sözləri yazılıb. Bu oyunu quql üzərində araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov mətbuata bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqəni polis araşdırır: "Sosial şəbəkələrdə yayılan naməlum qrafalı kağızlardan məlumatlıyıq. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmalarla vərəqdə əks olunan ifadələrin mahiyyəti aydın olacaq”.
"Məktəblilərə paylanan qrafalı vərəqələr internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub”. Bunu DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. E.Hacıyev deyib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib. Qeyd olunub ki, polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur. Qeyd edək ki, məktəbliyə verildiyi iddia edilən kağızdakı işarələr Koreya istehsalı "Squid game” serialından götürülüb. "Netflix”də yayımlanan serialın uşaqlar və yeniyetmələr üçün təhlükələri ola biləcəyi barədə xəbərdarlıq edilib.
Bəs çıxış yolu nədir? Uşaqlarımızı bu bəladan necə qorumalı? Son illərdə müxtəlif ölkələrdə gəncləri intihara sövq edən təhlükəli oyunların olduğu hər kəsə məlumdur. İntihar həddinə çatdıran oyunların aşağıdakılar olduğu deyilir:
1."Mavi Balina" (Blue Whale Challenge). 2016-cı ildən etibarən bir çox ölkədə yeniyetmələr arasında yayılan bu oyun gəncləri 50 gün ərzində müxtəlif psixoloji və fiziki tapşırıqları yerinə yetirməyə məcbur edir. Oyunun son mərhələsi intihar etməyi tələb edir. Bu oyun sosial şəbəkələr vasitəsilə gizli qruplarda yayıldığı üçün valideynlərin nəzarət etməsi çətin olur.
2."Momo Challenge". "WhatsApp” və digər mesajlaşma platformaları vasitəsilə yayılan bu oyunda yeniyetmələr anonim şəxslər tərəfindən müxtəlif qorxuducu tapşırıqlara məcbur edilir. Oyun iştirakçılara psixoloji təzyiqlər göstərərək onları özlərinə zərər verməyə və hətta intihara sövq edir.
3."Jonathan Galindo". Bu oyun "Mavi Balina”ya bənzəyir və əsasən sosial şəbəkələrdə maskalı profillər vasitəsilə yeniyetmələri hədəfə alır. Onlara əvvəlcə sadə tapşırıqlar verilir, lakin getdikcə zorakılıq və intiharla bağlı şərtlər qoyulur.
4."Qırmızı Bayquş" (Red Owl). Bu oyun haqqında məlumatlar az olsa da, onun da yeniyetmələri psixoloji təzyiq altında saxlayaraq intihara sövq etdiyi iddia edilir.
Mütəxəssislər qeyd edir ki, yeniyetmələri bu cür təhlükəli oyunlardan qorunması üçün ilk növbədə ailədə valideyn nəzarəti artırılmalıdır. Uşaqların internetdə hansı oyunları oynadığını və kimlərlə ünsiyyətdə olduğunu izləmək vacibdir. Həmçinin, yeniyetmə və uşaqların psixoloji vəziyyətə diqqət yetirilməlidir. Çünki qapalı və aqressiv davranışlar uşağın psixoloji problemlərlə üzləşdiyinə işarə ola bilər. Məktəblərdə və ailələrdə uşaqlara təhlükəli internet oyunları barədə məlumat verilməli, onların potensial risklərdən xəbərdar olması təmin edilməlidir.
Bundan başqa, bu məsələyə dövlət nəzarəti də gücləndirilməlidir. Yəni, bu cür oyunların yayılmasının qarşısını almaq üçün hüquq-mühafizə orqanları və kibertəhlükəsizlik strukturları daha ciddi tədbirlər görməlidirlər. Bir sözlə, ailələr və cəmiyyət birlikdə bu cür təhlükələrə qarşı mübarizə aparmalıdır.
Mövzu ilə bağlı psixoloq Azad İsazadə "Yeni Müsavat”a bildirib ki, hələ bir neçə il əvvəl Azərbaycanda təhlükəli "Mavi balina” oyunu yayılmağa başlamışdı: "Həmin vaxt bu oyun Qazaxıstanda və Rusiyada geniş yayılmışdı, xeyli sayda məktəbli, yeniyetmə onun qurbanı olmuşdu. Azərbaycanda isə geniş yayılmasa da, hər halda gəlib çıxmışdı və bununla bağlı mənə də müraciət olunmuşdu. Sözsüz ki, bu, böyük problemdir və təkcə Azərbaycan deyil, bütün dünya üçün. Bu cür müxtəlif təhlükəli oyunlar, şəbəkələr, qruplar yaranır və onların da qurbanları əsasən yeniyetmə və uşaqlardır. Çünki bu yaş kateqoriyasında olanlar təsir altına tez düşür, aldanır”.
"Bəs nə etməli?” - sualına cavabında A.İsazadə qeyd edib ki, ilk növbədə valideyn nəzarəti olmalıdır: "Valideyn bilməlidir ki, övladı internetdə neçə saat vaxt keçirir və harada nəyə baxır, nə işlə məşğul olur. İndi məktəblərə smartfon telefonların gətirilməsi qadağan olunur. Amma faktdır ki, 5-ci sinifdən yuxarı bütün şagirdlərin əlində smartfonlar var. Bəzən deyirlər ki, valideynlər uşaqları ilə daim əlaqədə olmaq üçün telefonu verir. Amma buna görə sadə telefonlar var, onlardan istifadə etmək olar. Yoxsa ki, bahalı smartfon telefonları uşaqlara alırlar, əlbəttə ki, uşaqlar da həmin telefonlardan təkcə əlaqə saxlamaq, dərs hazırlamaq üçün istifadə etmir, həm də müxtəlif arzuolunmaz saytlara, şəbəkələrə, oyunlara girir. Dövlətlər də çalışır ki, bu məsələləri ciddi nəzarətdə saxlasınlar, bununla bağlı müəyyən qadağalar var və sairə. Amma hesab edirəm ki, bu istiqamətdə geniş proqram olmalıdır”.
Xəbərin oxunma sayı : 673
Sosial
Xəbərlər
-
Azərbaycan XİN 31 türkiyəlinin adını “qara siyahı“ya saldı - Aralarında millət vəkili də var
-
İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır - FOTO
-
Mətbuat Şurasından xəbərdarlıq - Jurnalistlərin adından saxta “WhatsApp” hesabları yaradılır
-
Bakıda şirkət rəhbəri saxlanıldı - Dələduzluqda ittiham olunur
-
İbrahimova yüksək rütbə verildi - Vətən Müharibəsi Qəhrəmanıdır
-
Azərbaycan məktəblərində “TikTok“a giriş məhdudlaşdırılıb - Nazir müavini
-
Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?
-
Tramp Ukraynanı müharibəni dayandırmağa çağırdı - “Moskva hərbi üstünlüyə malikdir...”
-
Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var - TƏFƏRRÜAT
-
Suraxanı rayonunda əsas yolun asfalt örtüyü dağılıb - VİDEO
-
Xalq artistinin kürəkəni həbs olundu - Nədə ittiham olunur? + FOTO
-
ABŞ, Ukrayna və Avropa Rusiya ilə dialoq üzrə ortaq mövqeyə gəliblər - “Axios”
-
Sumqayıtda məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VİDEO
-
Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib evə giriblər“
-
ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq - İran XİN
-
Buzovnada 4 mərtəbəli binada yanğın... - Sakinlər təxliyə edilib
-
Mobil telefonlar da POS-terminal kimi istifadə olunacaq - VİDEO
-
Azərbaycanda qiyabi təhsil ləğv edilir? -Gözlənilən yeni sistem
-
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
-
Xırdalanda binanın inşası zamanı layihədən kənar iş görülür? - VİDEO
-
20 oktyabr - Zəngilan Şəhəri Günü- gələcəyə istiqamətlənən yeni həyat mərhələsinin simvolu
-
20 oktyabr – Zəngilan şəhəri günüdür
-
Zəngilanda aparılan quruculuq işləri
-
Zəngilan rayonunun da işğaldan azad olunması cəbhədə hərbi üstünlüyümüzü daha da cücləndirdi
-
AQEM-in 7-ci Sammiti: Unikal dialoq platforması
-
Füzuli Zəfərin və Böyük Qayıdışın simvoludur
-
Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib
-
Füzuli uğrunda gedən döyüşlər Ordumuzun şücaətinin göstəricisi idi
-
AQEM-in 7-ci zirvə görüşü Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasındakı rolunu nümayiş etdirdi
-
Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir
-
Türkiyə ilə Azərbaycan arasında strateji əlaqələr sarsılmazdır - Hakan Fidan
-
Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil - Edi Rama
-
Rusiya Baş Konsulluğu Qazaxıstan XİN-ə nota göndərib - Repçi Navainin həbsi ilə əlaqədar
-
Özəl məktəblərdə təhsil haqqı 5-45 min manat arasında dəyişir - Siyahı
-
Azərbaycanda gənc kişilər qadınlardan 2,2 dəfə çox ölür - SƏBƏBLƏR
-
PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
-
Füzuli rayonu yeni inkişaf dövrünü yaşayır
-
“Yenidən evlənmək və ana olmaq istəyirəm” - Hadisədən etiraf
-
Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə
-
Bu şəraitdə toyuq kəsirmişlər - Sex bağlandı
-
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı - Paylaşım
-
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
-
“Ərdoğan sonuncu dəfə namizəd olacaq” - Türkiyədə seçkilərin vaxtı açıqlandı
-
Ailədə bir qazi, iki əsgər var - Nəsimi Musayevin atası maraqlı detallar AÇIQLADI
-
DTX-nin saxladığı şəxslərə hökm oxundu - Sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilirlər
-
SOMDA-da xidmətə qəbul başlayır: Kim müraciət edə bilər?
-
Kərə yağı ilə bağlı xəbərdarlıq - “İstehsalçılar bu boşluqdan istifadə edir”
-
Azərbaycan xalqı Füzuli Şəhər Gününü qürur və sevinclə qarşılayır
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Saleh Səmədova hökm oxundu - Keçmiş “ağsaqqal“a 8 il cəza kəsildi
-
Prezident Türkiyənin xarici işlər nazirini qəbul etdi - FOTO
-
Azərbaycanda bankların mənfəəti açıqlanıb - Tam siyahı
-
Mətbuat Şurasının İdarə Heyəti dəyişir - Yeni namizədlərin siyahısı
-
Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar
-
Pakistanda dərs zamanı məktəbin damı çökdü - 32 şagird öldü
-
Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır - İlham Əliyev
-
“Bal Badem“ vergidən yayınır? - Şirniyyat evi müştərilərindən kartla ödənişi qəbul etmir
-
14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
-
Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib - Tokayev
-
Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - Məhkəmə
-
“Bizi müharibəyə Ermənistan məcbur edib“ - Prezident
-
Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
-
İrana hücum planı sızıb, əməliyyat təxirə düşüb - “Onları güllələmək lazımdır”
-
Azərbaycanda “Rəqəmsal rabitə“ informasiya sistemi yaradılır - SƏRƏNCAM
-
Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib - Prezident
-
Starlink yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulub - Mask
-
“Neft emalı zavodlarına hücumlar bərpa olunacaq“ - Zelenski
-
“Dərnəgül bazarının “Abşeron” TM-ə köçürülməsi qiymətləri aşağı sala bilər” - VİDEO
-
İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
-
Azərbaycanlı reper saxlanıldı - Hansı cəza verilə bilər?
-
Naxçıvanda xəstələrin ərzağını məmurlar mənimsəyir - Narazılıq var
-
Beyləqanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olundu - Fotolar
-
“Yelo Bank”ın mənfəəti kəskin azaldı - Şirkətlər pullarını bankdan geri götürür
-
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı - Yeni qiymət
-
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb - Fotolar
-
Hicaba dair qadağanın olduğu məktub saxtadır - Media və Yayım Şurası
-
Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - VİDEO
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib - Zirvə Toplantısında iştirak edəcək
-
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
-
İki xalq arasında dostluq münasibətlərinin yeni mərhələyə yüksəlməsinə mühüm töhfə
-
Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər
-
“Aston Villa”dan darmadağın, “Real”dan geridönüş - ÇL-də gecənin nəticələri
-
Azərbaycan-Laos münasibətlərinin yeni əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu göstərən Birgə Bəyanat
-
Azərbaycan-Laos münasibətlərini yeni mərhələyə yüksəldə, ölkəmizin Asiya istiqamətində əməkdaşlıq imkanlarını daha da genişləndirə bilər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İsrail Prezidenti Azərbaycana gəldi - FOTOLAR
-
Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb - Hesabat
-
Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
-
İçkili halda sükan arxasına əyləşdi - Arvadı öldü, oğlu yaralandı
-
Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
-
Ət bazarında qiymətlər niyə dayanmadan artır? - VİDEO
-
İstanbuldan Bakıya 16 min dərman gətirmək istədi - Qarşısı alındı
-
Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi
-
“Azərbaycan ittiham etmək tamamilə əsassızdır“ - Rəsmi Bakıdan Fransaya çağırış
-
Məktəbli formasına görə saxlanılanlar barədə QƏRAR VERİLDİ
-
İnsanlar hər ay banklara 240 manat borc ödəyir - Son 6 ildə 2,6 dəfə artıb
-
Böyük Britaniyaya qarşı yönələn təhlükələr dörd dəfə artıb - Kəşfiyyat
-
Sabiq sədrin məhkəməsi: Şahid istintaqdakı ifadəsini təsdiqləmədi
-
Kiyev vuruldu, ABŞ xəbərdar etmədi - Ölənlər və yaralananlar var...
-
Azərbaycanda 47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ
-
“Sabah” qələbəyə görə nə qədər qazanıb? - Klubların siyahısı
-
“300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib“ - Prezident
-
Kirayə mənzillər ucuzlaşdı - Median qiymət açıqlandı
-
Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi
-
Maskdan Respublikaçıların seçki kampaniyasına ianə - 366 milyon dollar
-
Azad edilmiş ərazilərin bərpasına 25.5 milyard manat ayrılıb - Prezident
-
Şura İran və Türkiyə ilə bağlı bəyanat verdi - TAM MƏTN
-
“Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır“ - Paşinyan
-
“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı - Video
-
“Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq” - Lukaşenko
-
Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ
-
Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO
-
Tramp Rusiyaya qarşı yeni sanksiyalardan imtina edə bilər - “Politico“
-
Bəyanat həm də dünyəvi siyasətin konturları haqqında bilgi kimi dinlənildi
-
Azərbaycan-Kamboca münasibətlərində yeni dövr
-
“Azərbaycanda hicab qadağan olunmayıb, bu məsələ həll olunacaq...“ - Şeyxdən AÇIQLAMA + VİDEO
-
Azərbaycan-Kamboca münasibətlərində yeni əməkdaşlıq mərhələsində
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
TOP 10
ARXİV






