“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Tramp Putinlə olan həmin sövdələşmədən imtina edə bilər - “Axios”

Tarix 27.06.26, 21:29

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Ankoricdə (Alyaska) Ukrayna böhranının nizamlanmasına dair əldə olunmuş razılaşmalara yenidən baxa biləcəyinə eyham vurub.

Bu barədə məlumatı ABŞ-nin tanınmış “Axios” portalı yayıb.

Sözügedən sənəddə Donbas bölgəsinin (Ukraynanın Donetsk və Luqansk vilayətləri – red.) Rusiyanın nəzarətində qalmasını nəzərdə tutan bəndlərin dəyişdirilə biləcəyi qeyd olunur:

“Tramp Alyaskada razılaşdırılmış şərtlərdən geri çəkilməyə hazır olduğunu aydın şəkildə nümayiş etdirib. Həmin şərtlər çərçivəsində Amerika tərəfi Moskvanın istənilən yekun sülh planında Donbas üzərində təsirini qoruyub saxlaması ilə bağlı tələbini tanımışdı”.

“Axios”a danışan Ağ Ev administrasiyasının adının açıqlanmasını istəməyən rəsmilərindən biri maraqlı məqama toxunub:

“Tramp bir tərəfdən ictimaiyyətə Rusiyaya qarşı təzyiqlərin artırılmasının zəruriliyindən danışır, lakin digər dünya liderləri onun bu bəyanatlarının real qətiyyətdən uzaq olduğunu düşünürlər. Liderlər Trampın bu sözlərinin arxasında konkret addımların duracağına şübhə ilə yanaşırlar”.

Məsələyə Rusiya tərəfi də dərhal reaksiya verib. İyunun 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ankoricdə baş tutan ali səviyyəli görüş zamanı Vladimir Putin və Donald Tramp Vaşinqtonun Ukrayna ilə bağlı nizamlanma təşəbbüslərini ətraflı nəzərdən keçiriblər:

“Moskva bu təklifləri bəyənib, ona görə də indi Alyaskada guya heç bir razılaşmanın olmadığına dair yayılan bəyanatlar ən azı qeyri-diplomatik görünür”.



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap