“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Məşhur milyarder ərindən polisə şikayət etdi - Ermənistanda

Tarix 24.06.26, 19:52

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyalı milyarder Rotenberqlər ailəsinin üzvü kimi tanınan Natalya Rotenberq Ermənistanda polisə müraciət edib. 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Natalya Rotenberq Daxili İşlər Nazirliyinin Arabkir polis şöbəsinə ərizə təqdim edərək son illərdə hazırkı həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığını bildirib.

Məlumata görə, müraciətdə ailədaxili zorakılıqla bağlı iddialar yer alıb. Məsələ ilə bağlı şərh almaq istəyən jurnalistlər Ermənistan polisinin İctimaiyyətlə Əlaqələr İdarəsinə müraciət etsələr də, qurum məlumatı şərh etməkdən imtina edib və birbaşa Natalya Rotenberqə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, Natalya Rotenberqlə erməni iş adamı və siyasətçi Tiqran Arzakantsyanın evləndiyi 2020-ci ilin martında rəsmən məlum olub.
Natalya Rotenberq Rusiyanın tanınmış biznesmenlərindən biri olan Arkadi Rotenberqin keçmiş həyat yoldaşıdır. Arkadi Rotenberq Rusiya Prezidenti Vladimir Putinin ən yaxın çevrəsində yer alan iş adamlarından biri kimi tanınır və uzun illər iri dövlət layihələri ilə əlaqələndirilib.
Hazırda Natalya Rotenberqin müraciəti ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir. O özü isə hələlik məsələ ilə bağlı ictimai açıqlama verməyib.



Xəbərin oxunma sayı : 148




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap