“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Ağdamda kombayn çatışmazlığından ŞİKAYƏT - VİDEO

Tarix 27.06.26, 23:24

Font ölçüsü : - / +
bitmap-img6


Hektarlarla sahəni biçməyə kombayn tapılmır.

Xezerxeber.az xəbər verir ki, Ağdamda təsərrüfat sahibləri iddia edirlər ki, bu il taxıl biçini əvvəlki illərlə müqayisədə daha çətin keçir.Belə ki, rayonda 2 675 hektar sahədə arpa, 4 886 hektar sahədə isə buğda əkilib. Fermerlərin sözlərinə görə, əvvəlki illərdə biçin zamanı ciddi problemlərlə üzləşməsələr də, bu il tamamilə fərqli vəziyyət yaranıb.

Fermerlər bildirirlər ki, arpa biçini 15 gün öncə tam başa çatmalı olsada, sahələrin çoxunda hələdə biçin işləri aparılmayıb. Bu isə onların ziyana düşməsinə səbəb olub.

Yaranan problemlə bağlı Aqroservis Açıq Səhmdar cəmiyyətinin Bərdə Regional nümayəndəliyindən bildirildi ki, problemin yaranma səbəblərindən biri, əvvəlki illərdə dağlıq və dağətəyi rayonlardan dislokasiya edilən kombaynların, bu il vaxtından əvvəl geri çağrılması olub.

O da bildirildi ki, mövcud texnikaların imkanlarından maksimum istifadə edilməklə məhsulun sahələrdən vaxtında yığılması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərilir.indiyədək Ağdam rayonu ərazisində 1 958 hektar buğda və 307 hektar arpa sahəsində biçin aparılıb. Rayonda biçin işləri davam etdirilir və Evoğlu kəndindəki fermerlərin əkin sahələrinin də mərhələli şəkildə biçilməsi nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 448




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap