“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Bir qədər tələsikliyə yol verilib” - Həbibbəylinin əlyazmayla rəftarına münasibət (VİDEO)

Tarix 27.06.26, 20:39

Font ölçüsü : - / +
bitmap-img6


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu AMEA prezidenti İsa Həbibbəyli ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

İnstitutdan bildirilib ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə, AMEA-nın prezidenti İsa Həbibbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmasına münasibəti haqqındakı məlumatlar reallığı əks etdirmir.

“Nizami Gəncəvinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının həm cildi və həm də hər bir vərəqi xüsusi qoruyucu salafanlarla mühafizə edildiyindən həmin vərəqlərin orijinal mətninə toxunmaq mümkün deyildir. Onu da qeyd edək ki, bu əlyazmanın orijinal nüsxəsinin elektron versiyası institutun fondunda mühafizə olunur.
Ətraflı

Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Əlyazmalar İnstitutunda keçirilmiş görüşün vaxtı məhdud olduğuna görə əlyazmadakı miniatürü tapıb göstərmək üçün bir qədər tələsikliyə yol verilib.

Əlyazmanın təqdimatının sonunda isə İsa Həbibbəyli Nizami Gəncəvinin şəxsiyyətinə, əlyazmasına, əsərlərinə özünün ali münasibətini xüsusi ritualla ifadə etdikdən sonra xarici qonaqlara təqdim edib”, - qurumdan bildirilib.

Qeyd edək ki, İsa Həbibbəylinin XIV əsrə aid nadir Nizami Gəncəviyə məxsus əlyazmanı Vatikan nümayəndə heyətinə təqdim etdiyi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.





Xəbərin oxunma sayı : 553




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap