“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Medvedevdən Polşaya qalmaqallı tələb: Prezident sarayı geri alınsın

Tarix 27.06.26, 22:40

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Polşa prezidentinin rəsmi iqamətgahlarından biri olan Belveder sarayının "Rusiya pulları hesabına tikildiyini" iddia edərək onun geri qaytarılması ilə bağlı məhkəmə iddiasının qaldırılmasını təklif edib.

Bu barədə RBK məlumat yayıb.

Nəşrin yazdığına görə, Medvedev bu fikirləri Polşa Baş Prokurorluğunun Rusiyanın Qdanskdakı keçmiş Baş Konsulluğunun binasının dövlətə verilməsi tələbi ilə məhkəməyə müraciət etməsinə münasibət bildirərkən səsləndirib.

"Bu, Rusiya pullarıdır. Ona görə də ölkəmiz Belveder sarayının qanunsuz sahiblikdən geri alınması ilə bağlı iddia qaldırmağı düşünməlidir", - deyə Medvedev bildirib.

Belveder sarayı Polşa Prezidenti Karol Navrotskinin rəsmi iqamətgahlarından biridir. Bununla yanaşı, Polşa prezidentinin əsas iqamətgahı Varşavanın Krakov ətrafı küçəsində yerləşən Prezident sarayı hesab olunur.

RBK xatırladır ki, Polşa Prezident Administrasiyasının rəsmi məlumatına görə, Belveder sarayının tarixi XVI əsrə gedib çıxır. Saray 1818-ci ildə Polşa Krallığının hakimiyyəti tərəfindən alınıb və 1819-1822-ci illərdə memar Yakub Kubitskinin layihəsi əsasında yenidən qurulub. Polşa müstəqilliyini bərpa etdikdən sonra isə dövlət mülkiyyətinə keçərək rəsmi iqamətgah kimi istifadə olunmağa başlayıb.

Məqalədə qeyd olunur ki, Rusiya ilə Polşa arasında diplomatik münasibətlər son illərdə kəskin şəkildə pisləşib. Qdanskdakı son Rusiya Baş Konsulluğu ötən ilin dekabrında bağlanıb. Buna cavab olaraq Moskva da İrkutskdakı son Polşa konsulluğunu bağlayıb. Kremlin nümayəndələri daha əvvəl iki ölkə arasında münasibətlərin "tamamilə deqradasiyaya uğradığını" bildirmişdilər.



Xəbərin oxunma sayı : 427




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap