“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Avropanı cənginə alan istilər: Macarıstanda ekstremal isti hava şəraiti elan edilib

Tarix 27.06.26, 17:58

Font ölçüsü : - / +
bitmap-img6


Macarıstan hökuməti 27 iyun şənbə günündən etibarən çərşənbə axşamınadək kəskin isti hava şəraiti ilə əlaqədar olaraq ən yüksək - üçüncü dərəcəli təhlükə rejimini işə salıb.

"RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Peter Madyar brifinqdə bildirib.

Məlumata görə, havanın temperaturu kölgədə 40 dərəcəyə qədər yüksələ bilər ki, bu da yeni rekord olacaq.

Budapeştin metro stansiyalarında, vağzallarında və mərkəzi meydanlarında əhaliyə təmiz içməli su ödənişsiz olaraq paylanılır. Eyni zamanda, hökumətin tapşırığı əsasında bələdiyyələr insanlara kondisionerlə təchiz edilmiş ictimai binalara sərbəst daxil olmaq imkanı yaradıb. Bu məqsədlə yaradılmış xüsusi veb-saytda ölkə ərazisindəki iki mindən artıq belə məkanın siyahısı təqdim olunub.

Qeyd edək ki, Avropa ölkələri artıq bir həftədir ki, anomal istilər şəraitində yaşayır və bu müddət ərzində isti nəinki səngiməyib, əksinə, pik həddə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi də Avropa sakinlərinin sağlamlığının və həyatının mövcud hava şəraitinə görə risk altında olduğu barədə xəbərdarlıq edib.



Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap