“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

244 nömrəli məktəbdə qalmaqal: İki məktəb, bir direktor, bitməyən iddialar

Tarix 27.06.26, 14:47

Font ölçüsü : - / +
bitmap-img6


Binəqədi rayonu, Əsəd Ələsgərov adına 244 nömrəli tam orta məktəblə bağlı redaksiyamıza daxil olan məlumatlar ciddi araşdırma mövzusu kimi diqqət çəkir. Məlumata görə, uzun illər məktəbə rəhbərlik etmiş Yəhya Abbasov yaş həddi səbəbindən vəzifəsindən ayrıldıqdan sonra məktəbdə idarəetmə baxımından yeni vəziyyət yaranıb.Məlumatlarda bildirilir ki, hazırda 135 nömrəli məktəbin direktoru olan Şəfa Qurbanovaya 244 nömrəli məktəbin idarəçiliyi də həvalə edilib. Beləliklə, bir rəhbərin eyni vaxtda iki məktəbin fəaliyyətinə nəzarət etməsi suallar doğurur. Görəsən, bu təyinat hansı hüquqi əsaslarla həyata keçirilib və nə qədər davam edəcək? 

Məktəbdən Mediatvaz.coma-a verilən məlumatlarda daha çox diqqət çəkən məqam isə direktor müavinləri arasında yaşandığı iddia edilən münasibətlərdir. Bildirilir ki, bəzi şəxslər yeni rəhbərliyin etimadını qazanmaq üçün sanki bir-biri ilə yarışa çıxıblar.

 
Xüsusilə direktor müavini Pəri Babaxanovanın adı daha çox hallanır.İddialara görə, ixtisasca ingilis dili müəllimi olan Pəri Babaxanova ibtidai siniflər üzrə direktor müavini kimi fəaliyyət göstərir. Maraqlıdır, bu təyinat və vəzifə bölgüsü mövcud təhsil qanunvericiliyinin tələblərinə tam uyğundurmu? Bu sualın cavabını aidiyyəti qurumlar verməlidir. Bununla yanaşı, redaksiyamıza daxil olan məlumatlarda Pəri Babaxanovanın 2025–2026-cı tədris ilində iki sinfə qeyri-rəsmi rəhbərlik etdiyi iddia olunur. Həmin siniflərin isə sənədlərdə başqa müəllimlərin adına rəsmiləşdirildiyi bildirilir. Əgər bu məlumatlar doğrudursa, bu artıq ciddi araşdırma tələb edən məsələdir. Məktəblə bağlı səsləndirilən digər iddialar isə məzun tədbirləri zamanı yığılan vəsaitlərlə əlaqədardır. Valideynlərin bildirdiyinə görə, "Son zəng" tədbiri üçün hər məzundan 25 manat dekorasiya pulu toplanıb. Lakin tədbirdə gözəçarpan dekorasiyanın olmadığı, yalnız bir neçə şardan istifadə edildiyi iddia edilir.Bundan əlavə, məzunların restoran tədbiri üçün 25-30 şagirddən adambaşına 120 manat toplandığı bildirilir. İddialara görə, həmin tədbirdə valideynlər tərəfindən Pəri Babaxanovaya qızıl üzük və qızıl sırğa hədiyyə olunub.Ən vacib sual isə budur: Məktəbdə baş verdiyi iddia olunan bu proseslərdən direktor səlahiyyətlərini icra edən Şəfa Qurbanovanın xəbəri varmı? Yoxsa bütün bunlar onun nəzarətindən kənarda baş verir?Təhsil müəssisələri şəxsi münasibətlərin, qeyri-rəsmi maliyyə yığımlarının və qrup maraqlarının deyil, qanunun, şəffaflığın və pedaqoji prinsiplərin hökm sürdüyü məkan olmalıdır. Əgər səsləndirilən iddialar təsdiqini taparsa, bu, təkcə bir məktəbin deyil, bütövlükdə təhsil sisteminin nüfuzuna vurulan zərbə kimi qiymətləndirilməlidir.

Araşdırmamız davam edir. Aidiyyəti qurumların və adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap