“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Daha bir münaqişə yenidən alovlana bilər - Asiyada gərginlik artır

Tarix 25.06.26, 14:24

Font ölçüsü : - / +
bitmap-img6


Kamboca Tailandın iki ölkə arasındakı sərhəd xəttində yeni sərhəd nişanları yerləşdirdiyini iddia edərək Banqkok administrasiyasına etiraz notası təqdim edib.

Qaynarinfo xəbər verir ki, Kambocanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ölkənin Banteay Miançey əyalətinin Çouk Çey kəndində Tailand rəsmilərinin torpaq ölçmə işləri apardığını irəli sürüb.

Nazirliyin açıqlamasında qeyd olunub ki, 18–22 iyun tarixlərində təxminən 25 nəfərlik Tailand heyəti 9 avtomobillə əraziyə gələrək sərhəd xəttinin müəyyənləşdirilməsi istiqamətində işlər aparıb və burada yeni nişanlar quraşdırıb. Açıqlamada vurğulanıb ki, sözügedən fəaliyyətlər Kambocanın suverenliyini və ərazi bütövlüyünü pozur. Bildirilib ki, bu səbəbdən Tailanda rəsmi etiraz notası təqdim edilib. Sənəddə "qanunsuz və təxribat xarakterli hərəkətlər” kimi qiymətləndirilən fəaliyyətlərin dərhal dayandırılması tələb olunub.

Tailand-Kamboca mübahisəsi

Cənub-Şərqi Asiyada 817 kilometrlik ortaq sərhədə malik olan Tailand və Kamboca arasında mübahisə iki ölkə sərhədlərinin XIX əsrin sonlarında, Kambocadakı Fransa işğalı dövründə müəyyənləşdirildiyi dövrə qədər uzanır. İlk qarşıdurmalar 2008-ci ildə Kambocanın mübahisəli ərazidə yerləşən XI əsrə aid məbədi UNESCO-nun Dünya İrsi Siyahısına daxil etdirməyə çalışdığı vaxt baş vermişdi.

Tailand və Kamboca arasındakı sərhəd razılaşmasının pozulması səbəbindən 28 may 2025-ci ildə bölgədə qısamüddətli toqquşma yaşanmış, daha sonra hər iki ölkənin orduları problemin sülh yolu ilə həlli barədə razılığa gəlmişdi. Təxminən iki ay sonra, 24 iyul tarixində sərhəd xəttində yenidən baş verən toqquşmalarda hər iki ölkədən ümumilikdə 32 nəfər həyatını itirmişdi.

Sərhəd qarşıdurmalarının həlli məqsədilə 26 oktyabr 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi mərasimdə "sülh sazişi” imzalanmışdı. Lakin sazişə baxmayaraq, 7 dekabr 2025-ci ildə iki ölkə arasında yenidən toqquşmalar başlamış, nəticədə 900 mindən çox insan öz yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmışdı.

22 dekabr 2025-ci ildə keçirilən və sərhəd gərginliyinin aradan qaldırılmasına yönəlmiş Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının toplantısında tərəflər atəşkəs barədə razılığa gələ bilməmiş, 24 dekabrda isə yenidən hərbi danışıqlara başlamışdılar. Tərəflərin 27 dekabr 2025-ci ildə imzaladığı "Birgə Bəyannamə” çərçivəsində iki ölkə arasında dərhal atəşkəs elan olunduğu açıqlanmışdı.



Xəbərin oxunma sayı : 115




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap