“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

İsrail Livanla razılaşma imzaladı - Qoşunlarını geri çəkir

Tarix 27.06.26, 11:17

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan münaqişənin həlli üçün çərçivə sazişi imzaladılar. Saziş İsrail qoşunlarının Livanın cənubundan qismən çıxarılmasını nəzərdə tutur.

Bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

Sənədi İsrailin ABŞ-dəki səfiri Yehiel Leyter və Livanın ABŞ-dəki səfiri Nada Hamada Moavad imzalayıblar. ABŞ dövlət katibi Marko Rubio da mərasimdə iştirak edib.
“Bu, bəzən ən çətin olan ilk addımdır, amma vacibdir. Və biz bunu birlikdə atmışıq. Qarşıda çox iş var. Qarşıda duran vəzifənin çətinliyini heç vaxt qiymətləndirməməliyik, amma onun əhəmiyyətini, həyati əhəmiyyətini başa düşürük və buna nail olmaqda öz rolumuzu oynamaqdan şərəf duyuruq”, - Rubio bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu imzalanmış sazişin İsrailə Livanın cənubunda “bufer zonası” saxlamağa imkan verəcəyini bildirib. Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri İranın dəstəklədiyi “Hizbullah” silahsızlaşdırana qədər və İsrail dövlətinə təhlükə olduğu müddətcə orada qalacaq:
“Bu, həmçinin İrana ciddi zərbədir. İran bizi Livanın cənubundan çəkilməyə məcbur etməyə çalışır. İndi İsrail, Livan və ABŞ İrana deyirlər: “Bu, sənin işin deyil. Livanda sənin yerin yoxdur. Nə sənin, nə “Hizbullah”ın, nə də başqa heç bir terror təşkilatının yeri yoxdur”.
 



Xəbərin oxunma sayı : 208




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap