“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Pensiya alanların sayında kəskin azalma - 6 ayda 17 min nəfər...

Tarix 21.01.22, 13:09

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 197 min nəfər olub. Bu da ölkə əhalisinin 11.9 faizini təşkil edib.

AzFakt.com xəbər verir ki, bu barədə "Turan"a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Altı ay öncə, 2021-ci il iyulun 1-i Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214.1 min pensiyaçı qeydiyyatda olmuşdu. 

Həmin məlumatı da DSK yaymışdı. Komitənin məlumatına görə, bu da ölkə əhalisinin 12.1 faizini təşkil edirdi: "Onların 58.8 faizi yaşa, 29.5 faizi əlilliyə, 11.7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır…".

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılıb. Qadınlarda isə 60 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.

Son 4 il 6 ayda Azərbaycanda pensiyaçıların sayında azalma başlayıb. Rəsmi rəqəmlərə görə, 2017-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 328.4 min nəfər pensiyaçı qeydiyyatda olub.



Xəbərin oxunma sayı : 1567




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap