“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı

Tarix 12.11.26, 13:56

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda doğulan insanların gözlənilən ömür uzunluğu 74,9 il təşkil edir və 1950-ci illə müqayisədə bu göstərici 28,6 il artıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı “Dünya Əhalisinin Perspektivləri 2024” (“World Population Prospects 2024”) adlı əhali proqnozlarında qeyd olunub.

BMT-nin məlumatlarına əsasən, doğuş zamanı gözlənilən ömür uzunluğuna görə 237 ölkə və ərazi arasında Azərbaycan 133-cü sırada qərarlaşıb.

Müqayisə üçün bildirək ki, 1950-ci ildə Azərbaycanda gözlənilən ömür uzunluğu 46,3 il olub. Son 76 ildə bu göstərici 28,6 il artaraq 74,9 ilə çatıb.
Keçmiş SSRİ və qonşu ölkələr arasında ən yüksək gözlənilən ömür uzunluğu Estoniyada qeydə alınıb. Bu ölkədə gözlənilən ömür uzunluğu 79,6 il olub. Bu göstərici üzrə Azərbaycan keçmiş SSRİ və qonşu ölkələr arasında 10-cu sırada qərarlaşıb. Qonşu ölklər arasında isə son sırda yer alıb.

Azərbaycanın da yer aldığı keçmiş SSRİ və qonşu ölkələr üzrə müqayisədə ömür uzunluğunun artımına görə ilk yerdə İran qərarlaşıb. Bu ölkədə göstərici 1950-ci ildəki 38,2 ildən 2026-cı ildə 78,2 ilə yüksəlib. Artım 40,1 il təşkil edib.
İkinci yerdə Türkiyə qərarlaşıb. Bu ölkədə ömür uzunluğu 47,3 ildən 78,4 ilə yüksələrək 31,1 il artıb.

Azərbaycan isə 28,6 illik artımla üçüncü yerdədir.
Müqayisə edilən 17 ölkə arasında ən aşağı artım Litvada qeydə alınıb. Bu ölkədə gözlənilən ömür uzunluğu 66,1 ildən 76,5 ilə yüksələrək 10,4 il artıb.


Məlumat üçün qeyd edək ki, dünya üzrə orta ömür uzunluğu 2026-cı ildə 73,8 il proqnozlaşdırılır. Bu, 1950-ci illə müqayisədə 27,4 il çoxdur. Həmin dövrdə dünyada orta ömür uzunluğu 46,4 il olub.

Reytinqə Monako başçılıq edir. Bu ölkədə gözlənilən ömür uzunluğu 86,7 ildir. San Marino 86 il, Honkonq 85,9 il, Yaponiya 85,1 il və Cənubi Koreya 84,6 illə ilk beşlikdə yer alıb.

Ömür uzunluğunun ən aşağı olduğu ölkələr isə əsasən Afrikada yerləşir. Sonuncu sırada Nigeriya qərarlaşıb. Bu ölkədə gözlənilən ömür uzunluğu 55 il təşkil edir. Çadda bu göstərici 55,6 il, Cənubi Sudanda 58 il, Mərkəzi Afrika Respublikasında 58,2 il, Lesotoda isə 58,6 ildir.

Qeyd edək ki, 1950-ci ildən bəri ömür uzunluğunda ən böyük artım Cənubi Koreyada qeydə alınıb. Bu ölkədə göstərici 22,2 ildən 84,6 ilə yüksəlib. Omanın göstəricisi isə 29,3 ildən 80,7 ilə çataraq 51,4 il artıb.

Məlumatda diqqət çəkən digər məqam ABŞ-nin reytinqdə mövqeyinin zəifləməsidir. Belə ki, 1950-ci ildə 68,1 illik ömür uzunluğu ilə 15-ci yerdə olan ABŞ 2026-cı ildə göstəricisini 79,8 ilə çatdırsa da, 64-cü sıraya geriləyib.



Xəbərin oxunma sayı : 184




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap