“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO

Tarix 12.10.26, 15:41

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 6-sı Qubada 60 yaşlı kişi, bu gün isə Sumqayıtda 32 yaşlı kişi, Tovuzda 57 yaşlı qadın dəm qazından boğularaq ölüblər.

AzFakt.com Xezerxeber.az-a istindən xəbər verir ki, üzü qışa doğru belə faciəvi xəbərlərin də sayı artır. Əksər ölümlər hamam otağında baş verir.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev deyir ki, dəm qazı yanma prosesi düzgün getmədikdə yaranır. Standartlara uyğun olmayan cihazlar quraşdırıldıqda, cihazlara kənar müdaxilələr edildikdə, həmin otaqda havalandırma olmadıqda problem yaşanır. Burada əsas diqqət edilməli olan isə həm də tüstü bacalarıdır.

Bəzi insanlar evini qızdırmaq üçün də kustar üsulla hazırlanmış, tələblərə cavab verməyən sobalardan istifadə edirlər. Fövqəladə Hallar Nazirliyi belə şəxsləri diqqətli olmağa çağırır.

Dəm qazından zəhərlənən insanlarda baş ağrısı, baş gicəllənməsi, ürəkbulanma və halsızlıq əlamətləri olur. Zəhərlənmə baş verərsə, həmin şəxsi dərhal havaya çıxartmaq, nəfəs almasını çətinləşdirən geyimlərdən azad etmək və dərhal təcili tibbi yardım çağırmaq lazımdır.
 



Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap