“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Saxta əlillik verən həkimin məhkəməsində “povestka“ paylayan danışdı - ŞOK İFADƏ

Tarix 18.09.26, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi, o cümlədən Poliklinika şöbəsinin müdiri Əlişirin Əliyevin, eləcə də Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən şəxslərdən Qabil Quliyevin ifadəsi ilə davam edib. O, digər təqsirləndirilən İntiqam Kərimovla kafedə tanış olduğunu deyib:

"Rayonda "povestka" paylayan işləyirdim. Nəvəmi Zərifə Əliyeva adına göz klinikasının yanındakı bərpa mərkəzinə aparmışdım. Sonra bir kafeyə getdim. İntiqamla orada tanış oldum. Mənə mühafizəçi kimi işlədiyini dedi. Elə inandırıcı və səmimi söhbət edirdi ki, sanki illərin tanışı idik, ona inandım. Buna pul lazım idi. 5000 manat verdim ona. Dedi qaytaracam, narahat olma. Günlər, aylar keçdi, puldan xəbər çıxmadı. Sonra 350-400 manat qaytardı. Bir gün mənə 2-3 sənəd verdi ki, möhkəm saxla, gəlib səndən götürəcəklər. Zəng gəldi, çıxdım yola, ağ rəngli bir maşın gəldi, sənədləri maşındakı adama verdim. Mən heç bir zərərçəkmişi tanımamışam".

Şahid S.A təqsirləndirilənlərdən Qabil Quliyevin qohumu olduğunu və digər təqsirləndirilənləri tanımadığını bildirib.

Növbəti proses 16 oktyabr saat 16:00-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində baş vermiş qanunsuzluqlarla bağlı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İlkin istintaq zamanı müəyyən edilib ki, Əlişirin Əliyev vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girib. Onlar əlilliyin təyin olunmasına əsas verməyən hər hansı bir xəstəlikdən əziyyət çəkməyən şəxslərə əlillik dərəcəsi vermək məqsədilə külli miqdarda rüşvət alıblar. Bu şəxslər faktiki olaraq Həkim Məsləhət komissiyasında müayinədən keçirilməyiblər. Əliyev və digərləri bu məqsədlə TƏBİB-in “e-tabib” elektron sisteminə bilə-bilə yalan tibbi diaqnoz məlumatlarını daxil edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriblər. Onlar bu fəaliyyətlər müqabilində külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.

Toplanmış sübutlara əsasən, Əlişirin Əliyev Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3-cü (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Qabil Quliyev və İntiqam Kərimov isə dələduzluq (178.1) və yuxarıda göstərilən cinayətlərə kömək etmə (32.5, 308.2; 32.5, 311.3.2, 311.3.3; 32.5, 313) maddələri ilə ittiham ediliblər. Təqsirləndirilən şəxslərin yaşı və səhhəti nəzərə alınaraq, istintaq orqanının qərarı ilə onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.//Lent.az



Xəbərin oxunma sayı : 178




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap