“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Veyplərdə meyitlərin konservasiyasında istifadə olunan maddələr var - Həkim

Tarix 16.09.26, 20:28

Font ölçüsü : - / +
bitmap-img6


Elektron siqaretlərin tərkibində orqanizm üçün ciddi təhlükə yarada biləcək maddələr olduğu bildirilir.

Bunu ürək cərrahı, Ürək İnstitutunun direktoru Boris Todurov FEDORIV VLOG-un yeni buraxılışında deyib.

Həkim elektron siqaretlərin ağciyərlərə ciddi zərər verə biləcəyini bildirib. Onun sözlərinə görə, bəzi veyplərin tərkibində meyitlərin konservasiyasında istifadə olunan maddələrə rast gəlinir.

Todurov ABŞ-ın bəzi klinikalarında gənc insanların ağciyər transplantasiyası üçün ayrıca şöbələrin fəaliyyət göstərdiyini də qeyd edib. O bildirib ki, elektron siqaretlərin istifadəsi nəticəsində ağciyər toxuması o qədər zədələnə bilər ki, bəzi hallarda 30 yaşında belə ağciyər transplantasiyasına ehtiyac yarana bilər.

Həkim ənənəvi siqaretlərin də ciddi risk daşıdığını vurğulayıb. Onun sözlərinə görə, gündə təxminən 10 siqaret çəkən insanlarda ağciyər xərçəngi riski əhəmiyyətli dərəcədə artır. Tütün tüstüsü ağciyər toxuması ilə yanaşı, qan damarlarına da zərər verir.

Todurov siqaretdən imtina məsələsinə də toxunaraq bildirib ki, bu prosesdə əsas amil insanın öz qərarıdır. Onun sözlərinə görə, nikotin plastırları və saqqızları köməkçi vasitə ola bilər, lakin siqareti tərgitmək üçün insanın öz iradəsi əsas şərtdir.

Qeyd edək ki, Ukraynada bu il veyplərlə bağlı bir neçə hadisə də qeydə alınıb. Onlardan birində elektron siqaret yeniyetmənin ağzında partlayıb. Nəticədə onun bir neçə dişi sınıb, alt dodağı yarılıb və ağız boşluğunda yanıq xəsarəti yaranıb.

Digər hadisədə isə Ujqorodda 7 yaşlı uşaq küçədə tapdığı veypdən istifadə etdikdən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.



Xəbərin oxunma sayı : 94




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap