“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Nazirliyin adından 10 min manatlıq dələduzluq - Hökm oxundu

Tarix 14.09.26, 14:26

Font ölçüsü : - / +
bitmap-img6


“TikTok”da tanış olduğu qadına özünü Ədliyyə Nazirliyinin mühüm vəzifəli əməkdaşı kimi təqdim edən şəxs bir neçə vəd qarşılığında ondan minlərlə manat pul alıb.

Qaynarinfo xəbər verir ki, o, qadının qızının məhkumluğuna xitam verdirə biləcəyini, daha sonra isə Mənzil İnşaat Dövlət Agentliyindən (MİDA) güzəştli mənzil əldə etməsinə kömək göstərəcəyini deyib. Vədlər yerinə yetirilməyib, pullar isə geri qaytarılmayıb.

İttihama görə, təqsirləndirilən şəxs 2023-cü ilin oktyabrında “TikTok” sosial şəbəkəsində tanış olduğu zərərçəkmiş şəxsin qızının yol-nəqliyyat hadisəsi nəticəsində məhkum edildiyini öyrənib. Bundan sonra özünü “Fuad Alıyev” kimi təqdim edərək Ədliyyə Nazirliyində mühüm vəzifədə işlədiyini bildirib.

O, qadına qızının məhkumluğuna xitam verdirə biləcəyini deyərək bunun üçün 10 min manat tələb edib. Qadın razılaşdıqdan sonra pul müxtəlif vaxtlarda təqsirləndirilən şəxsin göstərdiyi bank kartlarına köçürülüb.

İttiham materiallarında göstərilir ki, bu yolla zərərçəkmiş şəxsdən ümumilikdə 9 115 manat pul alınıb.

Təqsirləndirilən şəxs bununla kifayətlənməyib. O, qadına MİDA-nın Yasamal rayonunda inşa etdiyi binalardan güzəştli şərtlərlə mənzil almağa kömək edəcəyini də vəd edib. Bu məqsədlə daha 2 000 manat aldığı müəyyən olunub.

Məhkəmədə təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. O, zərərçəkmiş şəxsdən ümumilikdə 7 400 manat aldığını bildirib. Özünü dövlət qulluqçusu kimi təqdim etdiyini və adının Fuad olduğunu da etiraf edib.

Onun sözlərinə görə, məhkumluq məsələsi ilə bağlı 3 600–3 900 manat, mənzil məsələsi ilə bağlı isə 1 200 və ya 2 000 manat alıb.

Təqsirləndirilən şəxs aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyini və vəd etdiyi işlərin baş tutmadığını bildirib.

İbtidai istintaq zamanı isə daha ətraflı ifadə verən təqsirləndirilən şəxs zərərçəkmiş qadının qızının məhkumluğunu 10 min manata həll edəcəyini vəd etdiyini etiraf edib. O, bunun üçün qadından qızına aid sənədləri və məhkəmə hökmünü də aldığını bildirib.

İş materiallarına əsasən, pulların bir hissəsi təqsirləndirilən şəxsin tanışlarının və qohumlarının bank kartlarına göndərilib. Həmin şəxslər isə vəsaiti çıxararaq ona veriblər.

Məhkəmə müttəhimi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (təkrar dələduzluq) və 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirli bilib.

Məhkəmə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Təqsirləndirilən şəxsin daha əvvəl də eyni maddələrlə məhkum edilməsi nəzərə alınaraq, əvvəlki cəzanın bir hissəsi yeni cəza ilə birləşdirilib.

Nəticədə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun şübhəli şəxs qismində tutulduğu 6 gün də cəza müddətindən çıxılıb.

Beləliklə, üzərində qəti olaraq 3 il 5 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.



Xəbərin oxunma sayı : 88




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap