“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Yaponiyada 100 yaşlıların sayı 100 mini keçdi - İlk dəfə

Tarix 16.09.26, 22:34

Font ölçüsü : - / +
bitmap-img6


Yaponiyada 100 və daha yuxarı yaşda olanların sayı ilk dəfə olaraq 100 mini keçib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinə istinadla məlumat yayıb.
Nazirliyin sentyabrın 15-də açıqladığı məlumatlara görə, hazırda Yaponiyada 107 min 677 nəfər 100 yaşdan yuxarı insan var ki, bu da bir il əvvəlkindən 7 min 914 nəfər çoxdur.
100 və daha yuxarı yaşda olan yapon əhalisinin təxminən 87,6%-ni qadınlar təşkil edir: 94 min 298 nəfər. Kişilərin sayı isə 13 min 379 nəfərdir (12,4%). Hər iki rəqəm Yaponiyada tarixi maksimumdur.
Yaponiyanın ən yaşlı sakininin isə Kiotodan olan 114 yaşlı qadın Fuyo Kişimoto olduğu bildirilir.
Ölkənin ən yaşlı kişisi isə Kumamoto prefekturasından olan 112 yaşlı Hikaru Katodur.

Statistikalar Yaponiyada 15 sentyabrda qeyd olunan Yaşlılara Hörmət Günündə dərc edilib. Bu gün hökumət cari maliyyə ilində 100 yaşına çatan sakinlərə baş nazirin adından təbrik məktubu və xatirə hədiyyəsi göndərir.
Yaponiya səhiyyə, əmək və rifah naziri Keniçiro Ueno ömür uzunluğunun artmasının səbəbini yaşayış şəraitinin yaxşılaşması və tibbi texnologiyanın irəliləməsi ilə əlaqələndirib.

Buna baxmayaraq, Yaponiyada doğum və əhali nisbəti azalır. Yaponiya Milli Əhali və Sosial Təminat Tədqiqatları İnstitutu tərəfindən sentyabr ayında dərc edilmiş araşdırmaya görə, 18-34 yaş arası subay kişi və qadınların 20%-dən çoxu evlənməyi planlaşdırmadıqlarını bildirir.

Nazir Uenonun qeyd etdiyi səbəblər arasında yüksək məişət və təhsil xərcləri, eləcə də, işləyən valideynlərin fiziki və psixoloji yükü əsas yer tutur.
Qeyd edək ki, Yaponiyada 1oo yaşlıların sayı bir neçə onillikdir ki, artmaqdadır. Yaponiya hakimiyyəti bu cür statistikanı aparmağa başladığı 1963-cü ildə 100 və daha yuxarı yaşda olanların sayı cəmi 153 nəfər idi. 1981-ci ildə onların sayı 1000-i, 1998-ci ildə 10 mini, 2012-ci ildə isə 50 mini keçdi. 2025-ci ildə isə bu rəqəm 99 min 763 nəfər idi.

Beləliklə, 63 il ərzində 100 il yaşayan yaponların sayı 700 dəfədən çox artıb.



Xəbərin oxunma sayı : 76




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap