“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?

Tarix 18.09.26, 22:45

Font ölçüsü : - / +
bitmap-img6


"AccessBank”ın vaxtı keçmiş kreditlərinin həcmində 2026-cı ilin ilk yarısında artım qeydə alınıb.

AzFakt.com xəbər verir ki, Plat.az-ın məlumatına görə, 2025-ci ilin sonunda bankın 1 milyard 334,2 milyon manatlıq kredit portfelinin 89,7 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Bu, ümumi kredit portfelinin 6,7%-nə bərabər olub.

 2026-cı ilin ilk yarısının sonunda isə bankın kredit portfeli 1 milyard 381,4 milyon manata, vaxtı keçmiş kreditlərinin həcmi 99,1 milyon manata yüksəlib. Beləliklə, vaxtı keçmiş kreditlər altı ay ərzində 9,4 milyon manat və ya 10,4% artıb. Onların ümumi kredit portfelində xüsusi çəkisi 6,7%-dən 7,2%-ə yüksəlib.

 Qeyd edək ki, vaxtı keçmiş kreditlər dedikdə, əsas məbləğ üzrə ödənişi müqavilədə nəzərdə tutulan tarixdə həyata keçirilməyən, yəni 1 gündən başlayaraq gecikməsi olan kredit borcları nəzərdə tutulur.

 Biznes kreditləri üzrə vaxtı keçmiş borclar 67,4 milyon manatdan 74,7 milyon manata çataraq 10,9%, istehlak kreditləri üzrə isə 22,3 milyon manatdan 24,3 milyon manata yüksələrək 8,8% artıb.

 Eyni zamanda, 1 il və daha artıq gecikdirilmiş kreditlərin həcmi 2025-ci ilin sonundakı 45,1 milyon manatdan 2026-cı ilin iyunun sonuna 50,4 milyon manata çatıb. Bu kateqoriya üzrə artım 5,4 milyon manat və ya 11,9% təşkil edib.

 Daşınmaz əmlak kreditləri üzrə isə 2025-ci ilin sonunda vaxtı keçmiş borc olmadığı halda, cari ilin ilk yarısının sonunda 57 min manatlıq gecikmə qeydə alınıb.

 Qeyd edək ki, “Bank Respublika” və “AccessBank”ın səhmdarları “Bank Respublika” tərəfindən “AccessBank”ın səhmlərinin 100%-nin alınmasını nəzərdə tutan əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabrınadək tamamlanması planlaşdırılır. Sövdələşmədən sonra ilkin mərhələdə bankların ayrı-ayrılıqda fəaliyyət göstərməsi, daha sonra isə vahid bankda birləşdirilməsi nəzərdə tutulur.

 “Bank Respublika”ya gəlincə, onun Baş nazirin müşaviri, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmova məxsus olması haqqında mətbuatda yüzlərlə təkzibolunmaz yazılar dərc olunub.

Açıklama yok.



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap