“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı

Tarix 18.09.26, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


Son 35 ildə – 1990-cı ildən 2025-ci ilə qədər dünya ölkələrində adambaşına düşən real ÜDM göstəricisi əhəmiyyətli dərəcədə dəyişib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dünya Bankının hazırladığı hesabatda yer alıb.

Bildirilir ki, reytinqə Qayana başçılıq edir. Ölkədə adambaşına düşən real ÜDM 1990-cı ildə 5,1 min dollar olduğu halda, 2025-ci ildə 83,7 min dollara yüksəlib. Artım 1 549 faiz təşkil edib. Bu kəskin artımın əsas səbəblərindən biri kimi ölkədə neft hasilatının başlaması göstərilir.

İkinci yerdə Çin qərarlaşıb. Çində adambaşına düşən real ÜDM 1990-cı ildən 2025-ci ilə qədər 1 404 faiz artaraq 1,7 min dollardan 25,1 min dollara yüksəlib.

Ən zəif artım Solomon Adaları (1%), Oman (3%) və Anqolada (5%) qeydə alınıb.

Qeyd edək ki, 176 ölkənin yer aldığı hesabatda göstərilir ki, son 35 ildə 14 ölkədə adambaşına düşən real ÜDM azalıb. Ən böyük azalma Bruneydə (33%), Haitidə (32%) və Konqoda (32%) qeydə alınıb. Adambaşına düşən real ÜDM-in azaldığı ölklər arsaında Ukrayna (29%) və Səudiyyə Ərəbistanı (3%) da yer alıb.

Azərbaycan isə siyahıda 61-ci yerdədir. Dünya Bankının məlumatına görə Azərbaycanda adambaşına düşən real ÜDM 1990-cı ildə 10,8 min dollar, 2025-ci ildə isə 22,3 min dollar olub. Beləliklə, 35 il ərzində artım 107 faiz təşkil edib.

Keçmiş SSRİ ölkələri arasında göstəricilər ciddi şəkildə fərqlənir. Ermənistan 245 faiz artımla 20-ci, Özbəkistan 174 faizlə 33-cü, Türkmənistan 146 faizlə 44-cü, Belarus 140 faizlə 45-ci, Qazaxıstan 125 faizlə 52-ci, Azərbaycan 107 faizlə 61-ci, Gürcüstan 95 faizlə 70-ci, Qırğızıstan 29 faizlə 141-ci, Tacikistan 21 faizlə 148-ci, Moldova isə 7 faizlə 159-cu yerdədir. Rusiya 43 faiz artımla 128-ci, Ukrayna isə mənfi 29 faizlə 173-cü yerdə göstərilir.
Təqdim olunan məlumatlarda dünya üzrə adambaşına düşən real ÜDM 1990-cı ildə 11,3 min dollar, 2025-ci ildə isə 21,9 min dollar kimi göstərilir. Bu, 94 faizlik artım deməkdir.

Keçmiş SSRİ və qonşu ölkələrdə son 35 ildə qeydə alınan adambaşına düşən real ÜDM belə olub:





Xəbərin oxunma sayı : 139




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap