“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Həmin dəbdəbəli toydakı bəyin də atası yüksək vəzifəli şəxs olub – Foto

Tarix 14.09.26, 16:15

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda sentyabrın 12-də dəbdəbəli toyu baş tutan bəyin kimliyi məlum olub.

Yeniavaz.com Yurd.media-ya istinadla xəbər verir ki, Sitarə adlı xanımla evlənən Nicat Qurbanov Dövlət Gömrük Komitəsinin (DGK) sabiq idarə rəisi Nüsrət Qurbanovun oğludur.

DGK İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışmış və qurumun əvvəlki sədri Səfər Mehdiyevlə yaxınlığı ilə tanınan polkovnik Nüsrət Qənbər oğlu Qurbanov 2023-cü ilin aprel ayında general-leytenant Şahin Bağırovun əmri ilə vəzifəsindən azad olunub.
Nüsrət Qurbanov hazırda “Fikrət Ələsgərli və partnyorları gömrük və vergi məsələləri üzrə konsaltinq” MMC-nin təsisçi - inzibati idarəetmə və insan resursları departamentinin rəisi vəzifəsində çalışır.
Nüsrət Qurbanov ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun qardaşıdır.
Qeyd edək ki, iki gün əvvəl Bakıda yerləşən Böyük Sarayda Nicat və Sitarənin toy məclisinə Azərbaycandan Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıblar. Toyun yüzminlərlə manata başa gəldiyi deyilir.


Nicat Qurbanovun ailə həyatı qurduğu Sitarə xanımın isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızı olduğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki ofisində ticarət üzrə analitik vəzifəsində çalışdığı bildirilir.

 



Xəbərin oxunma sayı : 82




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap