“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Eşitdiklərimdən şoka düşdüm“ - Seyfəddin Dəmirliyə qarşı dələduzluq edənin İŞİ

Tarix 18.09.26, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənin ifadəsi ilə davam edib. Zərərçəkən G.R "Asan" xidmətdə olarkən durumdan xəbər tutduğunu bildirib:

"Oraya sənədin surətini almaq üçün getmişdim. Vermədilər ki, siz 4 ay əvvəl artıq alqı-satqı etmisiniz. Eşitdiklərimdən şoka düşdüm ki, axı mən torpaq satmamışam. Rafiq Vəliyevi əvvəl tanımamışam, məhkəmə ərəfəsində bildim. Bu işdə kimin günahı varsa, cəzasını çəkməsini istəyirəm. Rafiq günahkardır ki, saxta sənəd düzəldib".

İş üzrə şahid qismində dindirilən N.K. təqsirləndirilən R.Vəliyevi tanıdığını deyib:

"Bizim ailəvi get-gəlişimiz var idi. Bir gün evdə idim, zəng gəldi Rafiqdən ki, bir tanışımın xalası xaricdə yaşayır, torpağı satılmalıdır, sənə etibarnamə verək. Dedi ki, vəsiqəmi göndərim, mən də göndərdim. Sonra Vüqar adlı oğlanı göndərdi notariata, oradan da banka getdik. Elə ora-bura yönləndirirdilər ki, ora qol çək, bura qol çək. Rafiq bunun müqabilində 30 000 manat hörmət edəcəyini demişdi.

Amma günlər keçməsinə baxmayaraq, puldan xəbər çıxmadı. Bu xoşuma gəlmədi. Rafiqə dedim ki, gedib ləğv etmək istəyirəm. Bir gün gözləyib notariata getdim. Sonra mənə xəbər çatdı ki, Vüqar o əmlakı başqasına satıb. Rafiq zəng edib dedi ki, qoyma alqı-satqı olsun, mən gəlirəm. Ona kimi dirəşib qoymadım".

Növbəti proses 23 oktyabr saat 14:00-a təyin olunub.

Qeyd edək ki, məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər.

Belə ki, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək onu 400 min manatdan çox pul verməyə razı salıb.

Lakin dələduzluq əməli başa çatmayıb. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.

R.Əliyev barəsində sonradan həbslə bağlı olmayan "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıb.

Seyfəddin Dəmirli bir neçə ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin edilib. O, vaxtilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və Bakı 6 saylı Yol İstismarı MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır. A.Dəmirov bir vaxtlar MTN tərəfindən tutulması, həmin nazirlik ləğv edildikdən sonra başlanmış cinayət işində zərərçəkmiş olması ilə də gündəmə gəlmişdi. Sonralar Dəmirovun adı müxtəlif korrupsiya cinayət işləri ilə bağlı hallanıb.

Xatırladaq ki, Rafiq Vəliyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 29,178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 61




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap