“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“ASAN Xidmət“ə “asan“ iş vədi - Astarada 4 min manatlıq dələduzluq

Tarix 17.09.26, 16:51

Font ölçüsü : - / +
bitmap-img6


Astara sakininə “ASAN xidmət” mərkəzində işə düzəltmək vədi verərək 4 min manat alan şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, Astara Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə təqsirli bilib. Müttəhimə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Məhkəmə həmçinin onun 2026-cı ildə şübhəli şəxs qismində 2 gün saxlanılmasını nəzərə alıb. Həmin müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İş materiallarına görə, zərərçəkmiş təqsirləndirilən şəxslə Lənkəran şəhərində yerləşən idman zalında tanış olub. Daha sonra onlar “WhatsApp” vasitəsilə əlaqə saxlayıblar.

Zərərçəkmiş məhkəmədə bildirib ki, müttəhim ona ətrafında vəzifəli şəxslərin olduğunu və onların vasitəsilə “ASAN xidmət” mərkəzinin Bakıdakı filiallarından birinə işə düzəldə biləcəyini deyib. İşin Bakıdakı filialda mütəxəssis vəzifəsi olduğunu, maaşın isə 1200-1500 manat arasında dəyişdiyini bildirib.

İddiaya görə, müttəhim bu iş üçün əvvəlcə 10 min manat istəyib. Razılaşmaya əsasən, məbləğin 5 min manatının əvvəlcədən, qalan 5 min manatının isə işə düzəldikdən sonra ödənilməsi nəzərdə tutulub. Sonradan tərəflər 4 min manatlıq ödəniş barədə razılığa gəliblər.

Zərərçəkmiş həmin vəsaiti toplamaq üçün anasının adına “Molblak” kredit təşkilatından 3 min 500 manat kredit götürüb, üzərinə də 500 manat əlavə edib. Pulun verilməsini rəsmiləşdirmək üçün zərərçəkmişin anası ilə Mahir arasında 4 min manatlıq borc müqaviləsi bağlanıb. Daha sonra onlar birlikdə bankdan pulu götürüblər.

4 min manat Astara şəhərində yerləşən Heydər Əliyev parkında təqsirləndirilən şəxsə nağd şəkildə verilib.

Məhkəmədə zərərçəkmiş bildirib ki, müttəhim pulu aldıqdan sonra da işin düzələcəyinə dair vədlərini davam etdirib. O, özünün də 1000 manat əlavə edərək, işin sentyabr ayında həll olunacağını bildirib.

Bundan başqa, müttəhim zərərçəkmişdən şəxsiyyət vəsiqəsinin, valideynlərinin nikah haqqında sənədlərinin surətlərini və ailə tərkibi barədə arayışı istəyib. Zərərçəkmiş tələb olunan sənədlərin bir hissəsini toplayaraq ona təqdim edib. Lakin vəd edilən iş baş tutmayıb.

Zərərçəkmişin sözlərinə görə, 2025-ci ilin mayında təqsirləndirilən şəxs müxtəlif problemlərin yarandığını, işin sentyabr ayında həll olunacağını bildirib. Sentyabr ayında da nəticə olmayınca zərərçəkmiş pulunu geri tələb edib.

İş materiallarında qeyd olunur ki, müttəhim müxtəlif bəhanələr gətirərək vəsaiti qaytarmayıb. Bundan sonra zərərçəkmiş polisə müraciət edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmişdən 4 min manat aldığını təsdiqləyib. Bildirib ki, həmin məbləğin 2 min manatını, daha sonra isə 500 manatını qaytarıb. Hazırda 1500 manat ödənilməmiş ziyanın qaldığını deyib.



Xəbərin oxunma sayı : 427




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap