“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”

Tarix 15.09.26, 20:17

Font ölçüsü : - / +
bitmap-img6


Sosial mediada "Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz Tançalanın prokurorluqda verdiyi ifadə ortaya çıxıb.

AzFakt.com xarici mətbuata istinadən xəbər verir ki, "cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması” ilə bağlı aparılan araşdırma çərçivəsində Çağla Öz Tançalan da saxlanılaraq həbs edilib.

Çağla Öz ifadəsində toyda nümayiş etdirilən qızılların hamısının kirayə götürülmədiyini bildirib.

Onun sözlərinə görə, nişanda taxılan iki qolbaq və bir boyunbağı toyda da istifadə olunub. Tac, kəmər və zəncir isə reklam qarşılığında zərgərlik mağazasından kirayə götürülüb. Toydan sonra həmin əşyalar mağazaya qaytarılıb.

Çağla Öz toyda ona taxılan digər qızılların haradan alındığını bilmədiyini deyib. O, mərasimdən sonra bütün zinət əşyalarının həyat yoldaşı tərəfindən götürüldüyünü bildirib.

Öz daha sonra həmin qızılları Muradiyə rayonunda aparılan axtarış zamanı odunluqda yerləşən çamadanda gördüyünü söyləyib. Bəzi qolbaqların imitasiya olduğunu isə xəbərlərdən öyrəndiyini qeyd edib.

Çağla Öz həyat yoldaşının dəbdəbəli həyat tərzi sürdüyünü, lakin bunu əsasən borc hesabına etdiyini iddia edib.

O, Tançalanın sosial mediada əslində sahib olmadığı pulları varmış kimi göstərdiyini və ətrafından borc alaraq bu görüntünü yaratdığını bildirib.

İfadənin ən diqqətçəkən hissəsi isə toyda 43 milyon lirə toplandığı barədə elanla bağlı olub.

Çağla Öz bu məbləğin həqiqətən toplanıb-toplanmadığını bilmədiyini deyib. Onun sözlərinə görə, toyda adları elan olunan şəxslərin əksəriyyəti real olmayıb.

Öz həyat yoldaşının toyda faktiki olaraq verilməyən pulların da elan edilməsini istədiyini iddia edib. Məqsədin isə insanlarda onlara böyük məbləğdə pul verildiyi təəssüratı yaratmaq olduğunu bildirib.

Qeyd edək ki, Mehmet Fatih Tançalan "cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması” işi üzrə daha əvvəl həbs edilib. Çağla Öz Tançalan da aparılan araşdırma çərçivəsində tutularaq həbs olunub.



Xəbərin oxunma sayı : 52




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap