“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Suraxanıda “Daş abidə”nin yerindəki tikinti dayandırıldı - İcra hakimiyyəti və qurumlar hara baxırdı?

Tarix 17.09.26, 18:19

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Daş abidə” kimi tanınan ərazidə aparılan tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən araşdırma aparılıb. 

Bizimesr.media xəbər verir ki, redaksiyanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, ərazidə aparılan tikinti işləri şəhərsalma monitorinqi çərçivəsində araşdırılıb.

Açıklama yok.

Monitorinq zamanı müəyyən edilib ki, sözügedən ünvanda yerləşən birmərtəbəli qeyri-yaşayış tikilisi daha əvvəl sökülüb. Bundan sonra isə təxminən 250 kvadratmetr sahədə yeni tikinti işlərinə başlanılıb. Komitənin açıqlamasında ən diqqətçəkən məqam isə həmin ərazidə tikinti işlərinin artıq dayandırılmasıdır.

Qurumun cavabında bildirilir: “Bildiririk ki, sözügedən ərazidə artıq tikinti işləri dayandırılıb, aşkar edilmiş hallarla bağlı rəsmi müraciətlər isə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə səlahiyyətli dövlət qurumlarına göndərilib”.

Beləliklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıqlamasından məlum olur ki, əvvəlki tikili söküldükdən sonra ərazidə təxminən 250 kvadratmetr sahədə yeni tikinti işlərinə başlanılıb və artıq araşdırma çərçivəsində tikinti işləri dayandırılıb.

Bu isə obyektin tikintisinə hansı əsaslarla başlanılması, tikinti ilə bağlı sənədlərin olub-olmaması və işlərin şəhərsalma tələblərinə uyğun həyata keçirilib-keçirilməməsi məsələsini təbii ki, gündəmə gətirir. Qurumun cavabında tikintiyə dair konkret icazə sənədlərinin mövcudluğu barədə məlumat verilməsə də, aşkar edilmiş hallarla bağlı materialların zəruri tədbirlərin görülməsi üçün səlahiyyətli dövlət qurumlarına göndərilməsi diqqət çəkir.

Açıklama yok.

Məsələnin digər diqqətçəkən tərəfi isə tikinti işlərinin rayon ərazisində hansı mərhələdə və hansı qurumların nəzarəti altında aparılmasıdır. Əgər bir ərazidə əvvəlki qeyri-yaşayış tikilisi sökülür, ardınca sahədə yeni tikintiyə başlanılır və sonradan şəhərsalma monitorinqi nəticəsində işlər dayandırılırsa, bu, rayon ərazisində tikinti proseslərinə nəzarət mexanizmlərinin nə dərəcədə effektiv işlədiyi barədə sual yaradır.





Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap