“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Yevlaxda yolları hər il bu şirkət təmir edir - Nə qədər pul xərclənib?

Tarix 17.09.26, 18:37

Font ölçüsü : - / +
bitmap-img6


Yevlax Şəhər İcra Hakimiyyəti Yevlax şəhərində yolların əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi bu dəfə də “Təmir-İnşaat” şirkəti seçilib. Təmir işlərinə görə şirkətə 545 678,46 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Təmir-İnşaat" MMC 15 dekbar 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Yevlax şəhəri, İ. Dəmirov küçəsi, ev 84-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hacıyev Elnur İsa oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Dövlət satınalmaları üzərindən apardığımız araşdırmaya əsasən, “Təmir-İnşaat” MMC Yevlax Şəhər İcra Hakimiyyətinin yol təmiri ilə bağlı 2024-cü ildən bu yana keçirdiyi bütün tenderlərin qalibi seçilib.

Yeri gəlmişkən, 2024-cü ildə Yevlax şəhərində yolların əsaslı təmirinə 540 811,03 manat, 2025-cü ildə isə 648 736,45 manat xərclənib. Beləliklə, aydın olur ki, Yevlaxda hər il yolların əsaslı təmirinə ehtiyac yaranır. Təmir işlərini isə adına heç yerdə rast gəlinməyən, maddi-texniki bazasının hansı səviyyədə olduğu bəlli olmayan “Təmir-İnşaat” MMC həyata keçirir. Bəlkə də elə bu səbəbdən Yevlaxda hər il yolların əsaslı təmiri zərurətə çevrilir.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. O, 2019-cu ildən rayona rəhbərlik edir. Anar Tağıyev bundan əvvəl Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.



Xəbərin oxunma sayı : 379




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap