“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Mingəçevir xəstəxanasında oğurluq: Palata yoldaşının kartını götürüb marketlərdə xərclədi

Tarix 16.09.26, 14:11

Font ölçüsü : - / +
bitmap-img6


Mingəçevirdə xəstəxanada müalicə olunan şəxsin bank kartını götürərək müxtəlif mağazalarda alış-veriş edən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, məhkəmənin müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgəsinin əmlakını ələ keçirmək məqsədilə Mingəçevir Şəhər Xəstəxanasının Terapiya şöbəsinin Nevrologiya bölməsində stasionar müalicə alan zərərçəkmiş şəxsin pul kisəsində saxladığı bank kartını onun xəbəri olmadan götürüb.

Bundan sonra həmin kartdan istifadə etməklə Mingəçevirdə müxtəlif marketlərdə çoxsaylı alış-verişlər edib.

İş materiallarında göstərilir ki, kart vasitəsilə “OBA”, “Mini store”, “Göyçay”, “Qədiroğlu”, “Bazarstore”, “Tam store” və “Araz” marketlərində müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilib. Alış-verişlərin məbləği ayrı-ayrı əməliyyatlar üzrə 1,70 manatdan 65,80 manatadək dəyişib.

Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxsi əvvəllər tanımayıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2025-ci ilin sentyabr ayında Mingəçevir şəhərində, Dostluq Parkında oturacaqlardan birinin üzərində plastik kart görüb. Kartı götürdükdən sonra sahibini tapmağa çalışsa da, bunu bacarmayıb.

Daha sonra həmin kart hesabından istifadə edərək özünə ərzaq və digər zəruri məhsullar almaq qərarına gəldiyini deyib. O, əvvəlcə “OBA” marketə getdiyini, daha sonra isə Mingəçevir ərazisində yerləşən müxtəlif mağazalarda həmin kartla alış-veriş etdiyini bildirib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluğun informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilməsi) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib.

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Bununla yanaşı, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı və tutulduğu ümumilikdə 3 gün 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.



Xəbərin oxunma sayı : 430




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap