“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycan və Türkiyədən yeni enerji layihələri - Ceyhun Bayramov açıqladı

Tarix 15.09.26, 14:57

Font ölçüsü : - / +
bitmap-img6


"Bizim təmaslarımız müntəzəm həyata keçirilir”.

Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün Hakan Fidanın Azərbaycanda olması təmaslar üçün gözəl fürsətdir: “İki ölkə arasında dünyada bənzəri olmayan münasibətlər var. İki ölkənin işbirliyi kontekstində bütün sahələr Şuşa Bəyannaməsində öz əksini tapıb".

Nazir bildirib ki, Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. O xatırladıb ki, 108 il öncə bu gün Qafqaz İslam Ordusu Bakını işğaldan azad edib.

“Hakan bəyin bugünkü səfərinin rəmzi mənası var”, - Ceyhun Bayramov əlavə edib.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan-Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın həcmi 5,7 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin ilk 8 ayında isə bu göstərici artıq 3,2 milyard dollar təşkil edib. Nazir bildirib ki, Azərbaycanın Türkiyəyə investisiyalarının həcmi 20 milyard dollara, Türkiyənin Azərbaycana investisiyaların həcmi 18 milyard dollara çatıb: “Azərbaycanda azad edilmiş ərazilər də daxil olmaqla, 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir".

Onun sözlərinə görə, hazırda növbəti 10 illiklərə yönəlik yeni layihələr var. Nazir bildirib ki, iki ölkə arasında bu layihələr üzərində iş gedir: “Alternativ enerji sahəsində Azərbaycanda istehsal olunan alternativ enerjinin Qara dəniz üzərindən Avropa bazarına çatdırılması, Naxçıvanı Türkiyə ilə birləşdirən enerji kabelini də qeyd etmək istərdim. Bu layihələr Avropa bazarına Türkiyə üzərindən tranzit olaraq alternativ enerji çatdırılmasıdır”.

Nazir bildirib ki, Azərbaycanla Türkiyənin münasibətləri kontekstində humanitar sahələr də xüsusi önəm kəsb edir: “Bu gün müzakirələrimiz kontekstində çoxtərəfli platformalarda Azərbaycan-Türkiyə əməkdaşlığını da qeyd etdik. Bu mənada TDT kontekstində iş birliyi müzakirə edildi. Gələn ay TDT-nin növbəti Zirvəsi keçiriləcək. Buna hazırlıq müzakirə edildi. Bu təşkilatda həmrəyliyin daha da gücləndirilməsi Azərbaycan və Türkiyə üçün hər zaman önəm kəsb edir”.

“Yerləşdiyimiz coğrafiyada baş verən proseslər bizi narahat etməyə bilməz” deyən azir bildirib ki, Yaxın Şərqdə olan vəziyyət, münaqişənin genişlənmə potensialı, Türkiyə-Azərbaycanın ata biləcəyi addımlar və həlli üçün fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov qeyd edib ki, Türkiyə-Azərbaycanla əlaqələrində iqtisadi sahə əsasdır. Nazir bildirib ki, iki ölkə arasında 15 milyard dollarlıq ticarət dövriyyəsi həcminə çatmaq üçün bütün qurumlar çalışır: “Türkiyə-Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq getdikcə dərinləşir. Qarşıdakı dövrdə də bu sahədə çalışmaları davam etdirməkdə qərarlıyıq”.



Xəbərin oxunma sayı : 58




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap