“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Rusiyadan Azərbaycana göndərilən pullar kəskin artıb - Ölkələr üzrə siyahı

Tarix 15.09.26, 19:45

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 6 ayı ərzində fiziki şəxslər tərəfindən Azərbaycana xarici ölkələrdən 748 milyon 464 min dollar pul köçürülüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən Azərbaycana göndərilən pulun məbləği 40,2% və ya 214 milyon 507 min dollar artıb.

Qeyd edək ki, Azərbaycana ən çox Rusiyadan pul göndərilib. Altı ay ərzində xaricdən köçürülən pulların 47,7%-i (356,65 milyon dollar) Rusiyanın payına düşüb. Rusiyadan göndərilən pulların məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 67,4% artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından ən böyük artım Rusiyadan göndərilən pullarda qeydə alınıb. Rusiyadan köçürmələr 213,1 milyon dollardan 356,7 milyon dollara yüksəlib. İrlandiya üzrə artım daha yüksək olub – köçürmələr 5,9 milyon dollardan 43 milyon dollara yüksələrək 37,1 milyon dollar və ya təxminən 638% artıb.

Ən çox azalma isə ABŞ-dən göndərilən pullarda olub. ABŞ-dən köçürmələr 52,1 milyon dollardan 46,5 milyon dollara düşüb, yəni 5,5 milyon dollar və ya 10,6% azalıb. İsveçrədən göndərilən pullar 1,4 milyon dollar (24,4%), Avstriyadan 1,3 milyon dollar (26%), Polşadan isə 936 min dollar (41,7%) azalıb.

Bu ilin ilk 6 ayı ərzində Azərbaycana ən çox aşağıdakı ölkələrdən pul köçürülüb:
Rusiya – 356,65 milyon dollar (ümumi pulların 47,7%-i);
Türkiyə – 108,31 milyon dollar (14,5%);
ABŞ – 46,53 milyon dollar (6,2%);
İrlandiya – 42,96 milyon dollar (5,7%);
Gürcüstan – 25,47 milyon dollar (3,4%);
Birləşmiş Ərəb Əmirlikləri – 23,26 milyon dollar (3,1%);
Böyük Britaniya – 20,47 milyon dollar (2,7%);
Qazaxıstan – 13,53 milyon dollar (1,8%);
Almaniya – 13,52 milyon dollar (1,8%);
Fransa – 12,97 milyon dollar (1,7%);
Səudiyyə Ərəbistanı – 12,19 milyon dollar (1,6%);
Qətər – 8,66 milyon dollar (1,2%);
Özbəkistan – 7,78 milyon dollar (1%);
İsrail – 6,59 milyon dollar (0,9%);
İsveçrə – 4,24 milyon dollar (0,6%);
Avstriya – 3,68 milyon dollar (0,5%);
Litva – 3,54 milyon dollar (0,5%);
Niderland – 2,94 milyon dollar (0,4%);
Kanada – 2,39 milyon dollar (0,3%);
Qırğızıstan – 1,88 milyon dollar (0,3%);
Küveyt – 1,85 milyon dollar (0,2%);
Belarus – 1,34 milyon dollar (0,2%);
Polşa – 1,32 milyon dollar (0,2%);
İtaliya – 1,17 milyon dollar (0,2%);
Çexiya – 1,16 milyon dollar (0,2%);
Çin – 1,07 milyon dollar (0,1%);
Digər dövlətlər – 22,99 milyon dollar (3,1%).



Xəbərin oxunma sayı : 88




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap