“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda 7 icra başçısı postu vakantdır - SİYAHI

Tarix 15.09.26, 19:11

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Nəriman oğlu Əsgərov vəzifəsindən azad edilib. Beləliklə də hazırda ölkədə rəhbərsiz qalan icra hakimiyyətlərinin sayı 7-yə çatıb. Hazırda 2 şəhər və 5 rayon icra başçısı təyinatı gözləyir.

AzFakt.com həmin rayon və şəhərlərin siyahısını təqdim edir.

Yardımlı rayonu: Əsgərov Ayaz Nəriman oğlu, 1964-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olub.
Ali təhsillidir. 1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışıb.
2006-2011-ci illərdə Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 19 may 2016-cı il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.

Qaradağ rayonu: Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən azad edilməsindən altı ay ötür. 2026-cı il yanvarın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən 64 yaşlı sabiq icra başçısından sonra rayona hələ də yeni rəhbər təyin olunmayıb. Hazırda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini birinci müavin Emil Abbasov icra edir.

Culfa rayonu: 2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad olunub. İki ildən çoxdur rayona yeni başçı təyin edilməyib. Rəhbər səlahiyyətlərini müvəqqəti olaraq başçının müavini Sara Hüseynova icra edir.

Gədəbəy rayonu: 2022-ci ilin avqustunda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Orxan Mürsəlov ötən ilin noyabrında Göyçay Rayon İcra Hakimiyyətinə başçı göndərilib. Hazırda Gədəbəydə icra başçısı vəzifəsini müavin Natiq Nağıyev icra edir.

Naftalan şəhəri: Ötən ilin noyabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Şəhərə hələlik yeni rəhbər təyin olunmayıb. İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti olaraq başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Məmmədov Arzu Alay oğlu icra edir.

Ağdərə rayonu: 2023-cü il dekabrın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb.

Naxçıvan şəhəri: Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev bu ilin fevralında Muxtar Respublikanın Baş naziri təyin olunduğu üçün postu vakant qalıb. Hazırda başçının vəzifələrini birinci müavin Əhməd Vəliyev müvəqqəti icra edir.



Xəbərin oxunma sayı : 73




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap