“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq? - Açıqlama

Tarix 14.09.26, 23:21

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsində ata adı ilə yanaşı ana adının da qeyd olunması ilə bağlı müzakirələr aparılır. Təşəbbüsü dəstəkləyənlər bunun valideynlərin hüquqi baxımdan daha bərabər şəkildə təmsil olunmasına imkan verəcəyini düşünürlər.

AzFakt.com xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, hazırkı qanunvericiliyə əsasən şəxsiyyət vəsiqəsində soyad, ad və ata adı göstərilir. Ana adı isə sənədin rekvizitləri sırasında yer almır. Bunun üçün "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunun 3-cü maddəsinə dəyişiklik edilməlidir.

Deputat qeyd edib ki, ana barədə məlumat onsuz da doğum haqqında akt qeydlərində və şəhadətnamədə əks olunur. Söhbət həmin məlumatın şəxsiyyət vəsiqəsində də göstərilib-göstərilməməsindən gedir.

Z.Orucun sözlərinə görə, beynəlxalq təcrübədə vahid yanaşma yoxdur. Bəzi ölkələrdə valideynlərin adı şəxsiyyət sənədində ümumiyyətlə göstərilmir, Ukraynada ata adı ayrıca qeyd olunur, İspaniya və Portuqaliyada isə hər iki valideyn barədə məlumat sənəddə əksini tapır.

Parlamentari hesab edir ki, ana adının əlavə edilməsi məsələsinə iki formada yanaşmaq mümkündür: onu şəxsin adının yeni komponenti kimi göstərmək və ya vəsiqədə ayrıca "Valideynlər: ata/ana" bölməsi yaratmaq. Onun fikrincə, ikinci variant daha məqsədəuyğun ola bilər.

Z.Oruc həmçinin dəyişiklik ediləcəyi təqdirdə bütün şəxsiyyət vəsiqələrinin birdən-birə yenilənməsinin böyük maliyyə və inzibati yük yaradacağını vurğulayıb. Onun sözlərinə görə, daha optimal variant yeni verilən və müddəti bitdiyi üçün dəyişdirilən vəsiqələrdə bu məlumatın mərhələli şəkildə tətbiq edilməsidir.

Deputat məsələ ilə bağlı qanun layihəsi hazırlanmazdan əvvəl aidiyyəti dövlət qurumlarının, hüquqşünasların və mütəxəssislərin iştirakı ilə ictimai müzakirənin keçirilməsini təklif edib.



Xəbərin oxunma sayı : 94




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap