“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Məhkəmə I qrup əlilinə xəsarət yetirən iş adamı ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT

Tarix 16.09.26, 10:22

Font ölçüsü : - / +
bitmap-img6


Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Spartak Nadirovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Spartak Nadirov zərərçəkmiş Emin Əhmədovla ailələri arasında torpaq məsələsi ilə bağlı uzun müddət ərzində dəfələrlə mübahisələrin baş verməsini əsas gətirərək, 2022-ci il tarixdə saat 21 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Telekom” telefon mağazasının qarşısında onunla şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı o, istintaqa məlum olmayan alətlə Emin Əhmədovun sol çiyin nahiyəsinə bir neçə dəfə zərbə vurub.

Zərərçəkmiş aldığı zərbələrdən müvazinətini itirərək yerə yıxıldıqdan sonra da Spartak Nadirov hərəkətlərini davam etdirib. O, Eminin ayağa qalxaraq özünü müdafiə etməsinə imkan vermədən ardıcıl zərbələr endirib. Nəticədə Emin Əhmədova sol bazu sümüyünün bitişməmiş sınığı ilə müşayiət olunan ağır xəsarət yetirilib.

Hadisədən sonra Spartak Nadirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən edib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Bundan sonra məhkumun müdafiəçisi kassasiya şikayəti verib.

Ali Məhkəməsinin qərarı ilə kassasiya şikayəti qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunub.

İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Bununla belə, apellyasiya instansiyası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirib.

Belə ki, Spartak Nadirovun həbsdə və ev dustaqlığında saxlanıldığı 2 il 4 gün müddət 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılıb. Nəticədə onun üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Daha sonra müdafiəçisi kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Qeyd: Mətbuatda Spartak Nadirovun Masallı rayonunun tanınmış sahibkarlarından və nüfuzlu iş adamlarından biri olduğu, zərərçəkmiş Emin Əhmədovun isə I qrup əlil olduğu barədə məlumatlar yayılmışdı.



Xəbərin oxunma sayı : 463




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap