“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ülviyyə İlyasovanın cəzası aktrisaya görə artırıldı - Saxlanıldığı yer dəyişdirildi

Tarix 27.08.26, 20:04

Font ölçüsü : - / +
bitmap-img6


Kosmetoloq Ülviyyə İlyasovanın qanunsuz tibbi müdaxilə nəticəsində aktrisa Mila Əlibəyovanın səhhətinə zərər vurmasına görə barəsində təyin edilən həbs cəzası artırılıb.

Qaynarinfo-nun məlumatına görə, məhkəmədə Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən İlyasova (Qurbanova) Ülviyyə Hüseynağa qızı ixtisasca həkim deyil. Onun yalnız ibtidai müəllimlik üzrə ali təhsili var. Göstərdiyi fəaliyyətlə bağlı isə yalnız Türkiyədə kurs keçib.

İttihama görə, Ülviyyə İlyasova “Turana Estetik” klinikasında özünü həkim kimi təqdim edərək aktrisa Mila Əlibəyovaya “liposaksiya – piy sovurma, bədən şəkilləndirmə” cərrahi əməliyyatı edəcəyini vəd edib. O, zərərçəkmiş şəxsdən 1500 manat məbləğində pul vəsaiti alaraq həmin yerdə əməliyyat keçirib.
Ülviyyə İlyasova

Birinci əməliyyat uğursuz olduğundan Ülviyyə İlyasova aktrisanı “Azal Estetika” adlı yerdə yenidən əməliyyat edib. Nəticədə zərərçəkmiş qadının sağlamlığının bərpası üçün uzunmüddətli və külli miqdarda maliyyə resursları tələb edən müayinə və müalicə prosedurlarına müraciət etmək məcburiyyətində qalmasına, gündəlik həyat tərzinin və əmək fəaliyyətinin dəyişməsinə səbəb olan ağır nəticələrə gətirib çıxaran mühüm zərər vurduğu və səhlənkarlıq etdiyi bildirilir.

Mila Əlibəyova ifadəsində “Əqrəb mövsümü”, “Körpü”, “Atabəylər” və digər bir sıra filmlərdə aktrisa kimi rol aldığını deyib. Onun sözlərinə görə, başqa bir filmdə rol alması üçün rejissor tərəfindən təcili olaraq 5-6 kiloqram arıqlaması tələb olunub.
Mila Əlibəyova

Elə bu ərəfədə sosial şəbəkədə Ülviyyə İlyasovanın “Instagram” səhifəsi qarşısına çıxıb. Aktrisa onun sosial şəbəkədə paylaşdığı şəkillərə inanaraq qarşı tərəfə müraciət edib və nəticədə səhhətinə ağır zərər dəyib.

Aktrisa təqsirləndirilən qadının bir qız övladının olmasını nəzərə alaraq ondan heç bir şikayət və tələbinin olmadığını da bildirib.

Məhkəmənin hökmü ilə Ülviyyə İlyasovanın cəzası 3 il 3 aydan 3 il 6 aya qaldırılıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova Bakıda evinin mətbəxində eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək onun ölümünə səbəb olub. Bu ilin aprelində məhkəmənin hökmü ilə Ülviyyə İlyasova 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.



Xəbərin oxunma sayı : 469




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap