“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Əmlak sahibinin hüquqları - Qanun nə deyir?

Tarix 26.08.26, 14:26

Font ölçüsü : - / +
bitmap-img6


Mülkiyyət hüququ, şəxsin ona məxsus əmlaka sahib olmaq, ondan istifadə etmək və onun hüquqi taleyini müəyyənləşdirmək imkanını təmin edir.

AzFakt.com xəbər verir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində mülkiyyət hüququnun anlayışı, məzmunu, mülkiyyətçinin hüquqları və əmlakın saxlanılması ilə bağlı əsas müddəalar müəyyənləşdirilib.

Məcəlləyə əsasən, mülkiyyət hüququ dövlət tərəfindən müəyyən edilən və qorunan hüquqdur. Bu hüquq əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək imkanlarını əhatə edir.

Sahiblik hüququ əmlaka faktiki sahib olmaq, istifadə hüququ isə əmlakın faydalı xassələrindən yararlanmaq və ondan gəlir, artım, bəhər və digər formalarda fayda götürmək imkanını nəzərdə tutur.

Sərəncam hüququ isə əmlakın hüquqi taleyini müəyyən etmək, yəni onunla bağlı hüquqi qərarlar qəbul etmək imkanını verir.

Mülkiyyətçi əmlaka qanunla və ya müqavilə ilə müəyyən edilmiş hədlər çərçivəsində sərbəst şəkildə sahib ola, ondan istifadə edə və onun barəsində sərəncam verə bilər. Lakin bu zaman digər şəxslərin hüquqları pozulmamalı və hüquqdan sui-istifadəyə yol verilməməlidir.

Qanunvericiliyə görə, hüquqdan başqa şəxslərə ziyan vurmaq məqsədilə istifadə edilməsinə yol verilmir. Həmçinin şəxsin öz hüququndan istifadə etməsinin digər şəxslərin hüquq və qanuni mənafelərinə zərər vurduğu hallarda bu hüquq məhdudlaşdırıla bilər.

Mülkiyyətçinin öz əmlakından istifadə etmək hüququ da var. Lakin əmlakdan istifadə edilməməsi və ya ona qulluq göstərilməməsi ictimai mənafelərə zərər vurursa, qanunla həmin əmlakdan istifadə və ya onun saxlanılması ilə bağlı vəzifə müəyyən edilə bilər.

Mülkiyyətçi əmlakını etibarnaməli idarəçiyə verə bilər. Bu halda əmlakın idarəçiyə verilməsi mülkiyyət hüququnun ona keçməsi demək deyil. Etibarnaməli idarəçi əmlakı mülkiyyətçinin və ya qanunla müəyyən edilmiş digər şəxsin mənafeyi naminə idarə edir.

Məcəllənin 152.10-cu maddəsinə əsasən, əmlakın təsadüfən məhv olması və ya zədələnməsi riski, əgər qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçinin üzərinə düşür.

Eyni zamanda, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, şəxsə məxsus əmlakın saxlanılması yükünü də həmin şəxs daşıyır.

Mülki Məcəllənin 153-cü maddəsində isə mülkiyyət hüququnun subyektləri müəyyənləşdirilib. Qanunvericiliyə əsasən, daşınar və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun subyektləri fiziki və hüquqi şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

Bəzi əmlak növlərinin yalnız dövlətə və ya bələdiyyələrə məxsus ola bilməsi qanunvericiliklə müəyyən edilir. Əmlakın kimin mülkiyyətində olmasından asılı olmayaraq, mülkiyyət hüququnun əldə edilməsi, həyata keçirilməsi və ona xitam verilməsinin xüsusiyyətləri yalnız qanunla müəyyən edilə bilər.

Qanunda bütün mülkiyyətçilərin hüquqlarının bərabər səviyyədə müdafiə olunması da təsbit edilib.



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap